Hepatit G xəstəliyi - Kimlər risk altındadır?

Hepatit G xəstəliyi - Kimlər risk altındadır?

Hepatit G yaxşı qaraciyər hüceyrələrində yaranan iltihabla müşahidə edilən tam olaraq araşdırılmamış infeksion virus xəstəliklərindəndir.

Hurriyyet.org medicina.az-a istinadən bildirir ki, xəstəlik zamanı sarılıq və ümumi intoksikasiya kimi ciddi əlamətlər meydana çıxır. Bu əlamətlər bəzən qaraciyər çatışmazlığına, trombohemorragik sindroma və qaraciyər ensefolopatiyasına səbəb ola bilər.

“Hepatit G” ilk dəfə 1967-ci ildə qeydə alınıb. İlk dəfə amerikalı cərrah Corc Barker daha əvvəllər tibbə məlum olmayan qaraciyərin iltihabına səbəb olan yeni virus növü aşkarlayır. Qeyd olunur ki, bu xəstəliyə çox vaxt 45 yaşa qədər kişilərdə rast gəlinir. Bunun səbəbi isə bu infeksiyanın nadir hallarda monoinfeksiya şəklində inkişaf etməsidir.

Statistikaya əsasən bu patoloji proses B və C hepatitləri ilə birlikdə inkişaf edir. Bildirmək lazımdır ki, monoinfeksiya zamanı bu xəstəliyin müalicəsi müsbət nəticə verir. Bu xəstəliyin əmələ gəlməsində əsas rolu “Flaviviridae” ailəsinə məxsus virus oynayır. Bu virus yüksək temperaturda və kimyəvi maddələrin təsirindən asanlıqla məhv olur. Qanla yoluxduğu üçün əsas risk daşıyan insanlar tibb işçiləri, narkotik istifadəçiləri, qan köçürülən insanlar və s.dir. Amma bəzi hallarda bu virusun cinsi əlaqə və xəstə anadan uşağa keçməsi faktları da qeydə alınır.

Yoluxmadan sonra ilk əlamətlərin meydana çıxması 10 sutkadan 3 ayadək vaxt ala bilər. Lakin bəzən elə olur ki, xəstəlik əlamətlərsiz inkişaf edir. Bu əsasən də xroniki xəstəlik zamanı qeydə alınır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA