Həqiqət Abdullayevanın isti və titrəyən əllər teoriyası nədən ibarətdir? – bu məsələnin Zakir Fərəcova nə aidiyyatı var?

Həqiqət Abdullayevanın isti və titrəyən əllər teoriyası nədən ibarətdir? – bu məsələnin Zakir Fərəcova nə aidiyyatı var?

Mətbuatın gündəminə mütəmadi olaraq müxtəlif qalmaqalları ilə gələn məmurlardan bri də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Məsələ bu dəfə daha orjinal, hətta ingilislərsayağı “vauu” deyərək qımışılan məqamdır. Gələk mətləbə.

Bir il əvvəl 9 saylı Sumqayıt şəhər tam orta məktəbinə direktor əvəzi olaraq təyin edilən Həqiqət Abdullayeva öz təyinatı ilə qalmaqallara da start verib. Təyinatının ilk günlərindən pedoqoji kollektivdə qarşıdurmalar yaradan bu xanımın əməlləri hətta məhkəmələrə qədər uzanıb. Onu da qeyd edək ki. Həqiqət xanım onun əməllərinə etiraz edənləri “yuxarılardakı adamı” ilə hədələyir. Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini T.Nəsirova proseslərin bu həddə inkişafından dolayı intihar etməyi düşünür. Əsl səbəbkar isə məktəb direktorudur. Bir müddət öncə nəinki pedoqoji kollektivin, hətta şagirdlərin gözləri qarşısında belə ziyalıya yaraşmayan formada Həqiqət Abdullayeva tərəfindən təhqir olunan müavin xanım Təhsil nazirliyinin Daxili Nəzarət idarəsinə, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş idarəsinə rəsmi müraciət ünvanlayıb. Məktəbdəki mənbənin bildirdiyinə görə təhsil müəssisəsində ciddi maliyyə pozuntuları da var. Hətta mövcud maliyyə pozuntuları haqqında şəhər maliyyə idarəsinin rəisi Elxan müəllimdə məlumatlandırılıb. Lakin...
Lakin Həqiqət Abdullayeva sirli əl və ya əllər tərəfindən ciddi cəhdlə müdafiə edilir. Onu da qeyd edək ki, məktəb rəhbərliyi ilə bağlı müraciətlər yalnız adları yuxarda qeyd edilən təşkilatlarla yekunlaşmır. Nazirliyin Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyevdə 9 saylı məktəbdə baş verənlər haqda məlumatlıdır. Və Kənan Quliyev onu da bilir ki, rus dili fənnini tədris edən müəllimə artıq 3 aydır ki, məktəbə gəlmir. Bu hal isə heç də yeni deyil. Artıq uzun müddətdir ki, davam edir. Eyni vəziyyət Vüqar Abdullayev adlı müəllimə də aiddir. Həmin müəllimlərin dərs saatları isə boş keçir. Əvəzində isə ölkə təhsilinə ciddi zərbə dəyir. Bundan başqa rus dili fənnini tədris etmək üçün müəllimi ixtisası üzrə məktəbdə kadr problemi var. Lakin məktəb rəhbərliyi qanunun tələblərini kobud şəkildə pozaraq həmin ixtisasla bağlı vakansiya elan olunması üçün nazirliyə məlumat vermir.

Əslində isə problemi “öz üsulu” ilə həll etməyə çaışıb. Belə ki, H.Abdullayeva Yeganə Hüseynova adlı müəlliməni daxili əmrlə, müqavilə bağlayaraq işə götürüb. Həmin müəlliməyə 30 dərs saatı verəcəyini vəd edən H.Abdullayeva özünün də unutmayıb. Mənbənin verdiyi məlumata görə Yeganə Abdullayevanın təyinatı “şirinliklə” müşayət olunub. Və beləliklə məktəbə gəlməyən. Lakin dərs saatları olan müəllimlərin boş qalan saatları kompensasiya edilib. Lakin “müqaviləli müəllimə” olan Yeganə xanım üçün ötən ilin son ayı bir o qədər də uğurlu olmayıb. Belə ki, məvacibinə əlavə edilən vəsaitə şərik olmaq istəyən məktəb direktoru əks halda bu işi Maliyyə idarəsi Elxan müəllimin vasitəsi ilə edəcəyi ilə bağlı da “xəbərdarlıq” edir.

Həqiqət Abdullayeva ilə bağlı maraqlı məqamlar bitmir ki, bitmir. Görəsən Vuqar Abdullayevin işə gəlmədən hər ay əmək haqqı kartına yüklənən vəsaitləri kim özününüküləşdirir? Bundan başqa nədən Yeganə müəllimənin 2 aylıq dərs əvəzetməsi rəsmi qeydə alınmayıb. Hətta Vüqar Abdullayevin hesabına dövlət büdcəsindən vəsaitin köçürülməsi də aidiyyatı strukturlar tərəfindən inkar edilməyib. Yeganə müəllimin üzləşdiyi problemlə Aytəkin Paşayeva adlı müəllimədə üzləşib. Xanım Paşayevada müvafiq dərs saatının əvəz edilməsi zamanı əmək haqqı kartına köçürülmüş 160 azn-i H.Abdullayevaya vermək məcburiyyətində qalıb.

Direktorun sabiq müavini Faiq müəllimə qarşı həyata keçirmək istədiyi planın bir parçası olmaq istəməyən Təranə Nəsirova da direktorun təzyiqinə məruz qalan şəxslərin siyahısındadır.

Göründüyü kimi Bağdadın xəlifəsi iddiasında oan H.Abdullayevaya Sumqayıtda dur deyən yoxdur. Və...
Və bunun səbəbini o özü yaxınlarına açıqlayıb. H.Abdullayevanın iddiasına görə o, Sumqayıt şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcovun diqqətindədir. Xanım direktor bu diqqətin nədən qaynaqlandığını belə kimsədən çəkinmədən yaxın çevrəsinə açıqlayıb. Məsələ ilə bağlı redaksiya olaraq məlumatlı olsaq da, incə məqamlara varmağa lüzum görmürük. Lakin onu qeyd etməyə lüzum görürük ki, Həqiqət Abdullayevanının Zakir Fərəcovla münasibətləri isti və titrəyən əllər teoriyasındadır. Və bura lirik şerlərdə əlavə etsək o halda mükəmməl dramaturgiya alınar.

Zakir Fərəcovun tapşırığına əsasən Teymur Səmədov tərəfindən də müdafiə edildiyini iddia edən xanım direktor ikincinin yaxın qohumu L.Səmədovanı texniki işçi təyin etməklə himayədarına jest də edib. Mənbə onu da əlavə olaraq qeyd etdi ki, L.Səmədovanın adı texniki işçidir, əslində isə məktəbdə H.Abdullayevanın sağ əli funksiyasını icra edir.

Yuxarıda qeyd edildiyi kimi H.Abdullayeva təyinatının ilk günlərindən məhkəmə çəkişmələrindədir. Lakin bu cür vəziyyət onu nəinki narahat etmir. əksinə bəzən məhkəmələrdəki çıxışları zamanı tabe olduğu strukturlar haqda bizim təkrar etmək istəmədiyimiz ifadələri belə işlətməkdən çəkinməyib. Hətta hakimin “sizi məktəbə kim direktor əvəzi təyin edib, Təhsil şöbəsimi? Cavab özünü çox da gecikdirməyib:

- Təhsil şöbəsi kimdir ki, məni təyin edə? Məni TN təyin edib.

Halbuki nazirlik direktor əvəzlərinin deyil, direktorların təyiniatını həyata keçirir. Deməli sığınılacaq şəxs o qədər yuksək görəvdədir ki, adam təyinatının daha aşağı strukturdan olunmasını həzm etmək istəmir.
Xanım Abdullayevanını əməlləri ilə bağlı nazirliyin Daxili Nəzarət idarəsi dəfələrlə yoxlamalar həyata keçirsələr də, direktorun toxunulmazlığı hələ də qalmaqdadır. Halbuki məktəbdəki mənbənin bildirdiyinə görə yoxlamalar zamanı onun vəzifəsindən azad edilməsini şərtləndirən çoxlu amillər meydana çıxıb. Lakin özünün də qeyd etdiyi kimi “mən Sumqayıt şəhər 9 saylı tam orta məktəbin ömürlük direktoruyam.” Əslində hadisələrin gedişi də onu göstərir. Çünki nazirlyin DN idarəsinin yoxlamaları zamanı müəllimlər H.Abdullayevanın “isti və titrəyən əllər teoriyası”da daxil olmaqla, şirinlik siyasəti haqqında təfsilatı ilə həmin şəxslərə məlumatlar veriblər. Və yenə də lakin..
Sumqayıtda ayrı-ayrı məktəblərdə DNİ əməkdaşları tərəfindən aparılan yoxlamaların nəticəsi olaraq bir neçə direktor vəzifələrindən azad edilib. Həqiqət Abdullayeva ilə bağlı məsələdə isə hər kəs hərəkətsiz mövqeyi seçir. Və bu hərəkətsizliyin nəticəsidir ki, H.Abdullayeva iddia edir ki, nazirliyin daxili nəzarətini də məktəbdə o özü icra edir.

- Kim hara istəyir şikayət etsin, onsuz da mən Teymur müəllim tərəfindən tapşırılmışam.

Həqiqət xanımın ən çox sevdiyi ifadələrdəndir bu cümlə. Məktəbdəki yoxlamadan əvvəl Yeganə müəlliməni şikayətinin geri götürülməsinə nail olan, müavinini ciddi hesab edilən küçə söyüşləri ilə təhqir edən Həqiqət Abdullayeva himayədarlarına çox güvənir. Mənbənin bildirdiyinə görə özəl strukturda çalışan qardaşı da bu məsələdə Abdullayevaya kömək edir. 08.01.2019-cu il tarixdə yoxlama aparılan zaman Aytəkin müəlliməni psixoloji olaraq özündən çıxarmağa müvvəfəq olan Həqiqət xanım haqqında hətta polisdə belə müraciət edilib. Mübahisə zamanı Aytəkin xanımın səhhətində ciddi problemlər yaranıb. Təcili tibbi yardımın müdaxiləsi ilə səhhəti normala döndükdən sonra isə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edilib. Və artıq ikinci dəfədir ki, Həqiqət Abdullayeva barəsində 102 xidmətinə şikayət edilir. Eyni zamanda mövcud vəziyyət direktor müavini Təranə Nəzirovanın şikayəti üzrə aidiyyatı dövlət qurumuna dəvət edilib. Bu gün saat 10:00-da idarəyə çağırılan Təranə xanıma H.Abdullayeva suni maneələr yaratmaqda davam edir.

Mövzuya qayıdacağıq.
Yazıda adları keçən şəxslərin və müəssisələrin mövqeyini də dərc etməyə hazırıq.
BakuNews.az

Məktəbdə qanun pozuntusunun görüntüləri:

Həqiqət Abdullayevanın isti və titrəyən əllər teoriyası nədən ibarətdir? – bu məsələnin Zakir Fərəcova nə aidiyyatı var?Həqiqət Abdullayevanın isti və titrəyən əllər teoriyası nədən ibarətdir? – bu məsələnin Zakir Fərəcova nə aidiyyatı var?Həqiqət Abdullayevanın isti və titrəyən əllər teoriyası nədən ibarətdir? – bu məsələnin Zakir Fərəcova nə aidiyyatı var?

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA