Hərbi hissədə tank mərmisi partladı - İKİ HƏRBÇİMİZ HƏLAK OLDU

Hərbi hissədə tank mərmisi partladı - İKİ HƏRBÇİMİZ HƏLAK OLDU

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Hurriyyet.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA