“Hərbi təyyarələr iki həftə içərisində...”

“Hərbi təyyarələr iki həftə içərisində...”

Hurriyyet.org xəbər verir ki, əvvəllər ABŞ-ın Səudiyyə Ərəbistanında səfiri olmuş Robert Cordan deyib: “Məhəmməd ibn Salman Qərb ictimaiyyəti və özəl sektorlar tərəfindən rədd eilməlidir”.

Cordan “Arab Center Washington DC” adlı analitik mərkəz tərəfindən keçirilən tədbirdən sonra “Anadolu Agentliyi”nin müxbirinin suallarına cavab verib.

ABŞ prezidenti Donald Trampın Kaşıkçı cinayəti çərçivəsində vəliəhd şahzadənin rolu barəsində kəskin mövqe tutmadıqlarını deyib və əlavə edib: “Məncə onu Səudiyyə Ərəbistanında islahatlar keçirəcək biri kimi görürlər və onların mənfəətinə xidmət elədiyi üçün Məhəmməd ibn Salmanında aşkar şəkildə əli olduğu bu iyrənc və vəhşi cinayətə göz yumurlar”.

Cordan deyib: “Məhəmməd ibn Salman Qərb ictimaiyyəti və özəl sektorlar tərəfindən rədd eilməlidir. İbn Salman bir daha nə Ağ Evə, nə də Bekhingem sarayına doğru üzünün çevirməməlidir. Bundan başqa, Səudiyyə Ərəbistanının kralı (Salman ibn Əbdüləziz) və iqtidardakı liderlər Məhəmməd ibn Salmanın həddini çox aşdığını görməlidirlər. O zaman Məhəmməd ibn Salmanın davranışınının dəyişəcəyinə inanıram”.

“Hərbi təyyarələri iki həftə içərisində istifadə edilməz hala gələr”

Silah satışının dayandırılacağı təqdirdə Səudiyyə Ərəbistanının başqa ölkələrə üz tutub-tutmayacağı sualının cavabında Cordan deyib: “ABŞ-ın Səudiyyə Ərəbistanına ehtiyat hissə satışını dayandıracağı təqdirdə Səudiyyə Hava Qüvvələrinə məxsus hərbi təyarələr iki həftə ərzində istifadə edilməz hala gələr. Səudiyyə Ərəbistanın Rusiya və Çin tərəfindən təmin eiləcək alternativ sistemlərə keçməsi üçün isə illər lazımdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA