Həsən bəy Zərdabi mükafatı sahiblərinə təqdim olundu - VİDEO

Həsən bəy Zərdabi mükafatı sahiblərinə təqdim olundu - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) katibliyi mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2019-cu il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edib.

Bu gün “Hilton Baku”da mükafatların təqdimetmə mərasimi keçirilib. Tədbirin açılışını edən AJB sədri Elçin Şıxlı medianın dünəni və bu günündən, yaşanan mövcud problemlərdən və çıxış yollarından danışıb.

O, milli mətbuatımızın hazırkı vəziyyətinin ürəkaçan olmadığını və yürüdülən media siyasətinin KİV-ləri uçuruma apardığını deyib: “Bununla belə, son zamanlar məndə nikbinlik hissi yaranıb. Ölkə rəhbərliyinin media siyasətinə fərqli yanaşma sərgilməyə başlaması vəziyyətin düzələcəyinə dair ümidlər oyadır”.

E.Şıxlı çıxışının ardınca mükafatları sahiblərinə, ölkədə olmayan bəzi mükafatçıların mükafatlarını isə onların təmsilçilərinə təqdim edib. Beləliklə, Şahin Hacıyev Ermənistandan hazırladığı reportajlarına, Kamran Mahmudov media problemləri ilə bağlı araşdırmalarına, Dilqəm Əhməd Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına, Rəna İbrahimova ARB Aran kanalında (Yevlax) apardığı sosial tok-şoularına və Orxan Fikrətoğlu müəllif proqramlarına görə Zərdabi mükafatına layiq görülüblər.

Tədbirdə çıxış edən digər natiqlər də - tanınmış media eksperti, professor Qulu Məhərrəmli, hüquqşünas Ələsgər Məmmədli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və başqaları milli mətbuatımızın problemlərinə toxunublar. Ümumi rəy ondan ibarət olub ki, son illərdə həyata keçirilən media siyasəti bu istiqamətdə ciddi böhrana səbəb olub və hamılıqla vəziyyətdən çıxılmasına çalışmaq lazımdır. \\AYNA

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz