Həyat yoldaşını təhdid edən Necati Şaşmazın silahı əlindən alındı

Həyat yoldaşını təhdid edən Necati Şaşmazın silahı əlindən alındı

Anlaşmalı olaraq boşanmaya qərar verən Necati Şaşmaz və Nagehan Şaşmaz cütlüyünün məhkəmə prosesi davam edir.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Məhkəmə prosesi bitənə qədər Nagehan Şaşmaz Necati Şaşmaz üçün uzaqlaşdırma tələb edib.
Ailə Məhkəməsi verdiyi qərarda Necati Şaşmazın 6 ay müddətinə həyat yoldaşına, onun iş yerinə və olduğu yerə yaxınlaşması qadağan edilib. “Kurtlar Vadisi” adlı serialda “Polat Alemdar” rolunu canlandıran məşhur aktyorun icazəli olaraq istifadə etdiyi silahlar da polis tərəfindən əlindən alınıb.

İstanbul Anadolu Ailə Məhkəməsi Nagehan Şaşmazın verdiği ərizədə Necati Şaşmazın onu təhdid etdiyi və şiddət göstərdiyini irəli sürüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA