Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - X HİSSƏ

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - X HİSSƏ

Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_ix_hiss)

Tərəfimizdən protokolarla qeydlərə dair, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasına verdiyimiz ərizənin 21.12.2017-ci il tarixdə baxışı zamanı 3-cü Apellyasiya şikayətinə baxan möhtərəm sədr E.Həsənov bildirmişdir ki, ilkin qərardaddan verdiyimiz kassasiya şikayəti geri qaytarılır və tez olun qəbzə qol çəkərək onu götürün. Biz isə həmin anda bildirdik ki, xahiş edirik rəsmi poçt vasitəsi ilə göndərilsin. Bu ərəfədə biz Bakı Apellyasiya Məhkəməsoinin hakimi möhtərəm E.Həsənova rəsmi teleqrama ərizə və vəsatətlə müraciət edərək prosessual müddəti bərpa edərək Qərardaddan verilmiş kassasiya şikayətini Ali Məhkəmə Mülki Kolelgiyasına göndərəsiniz.

Eyni zamanda bizim tərəfimizdən ikinci ərizə ilə 21.12.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasında qeydiyyata aldırmaqla ərizə-müraciətlər edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş sənədlərin həqiqiliyini nəzərə almadan özbaşınalıqla hazırda kassasiya şikayəti olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 13 dekabr 2017-ci il tarixli Qərardadla yalan əsaslar üzrə göstərir ki, guya 16.10.2017-ci il tarixdə Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu və onların nümayəndələri Səmədov Rəhman Bəykişi oğluna Ələkbərov tərəfindən poçt vasitəsi ilə çatdırılmışdır. Bütün bunlar hamısı başdan ayağa yalandır, ona görə ki, biz həmin tarixlərdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardadını almamışıq və rəsmi qaydadaisə bizə göndərilməmişdir. Yalnız həmin tarixdə Qətnamə nümayəndəmə göndərilmişdir. Qərardadları isə biz 5 dəfə ərizə-teleqramlar və Azərbaycan Respublikası məhkəmə hüquq şurasına şikayətlər etdikdən sonra əldə etmişik və bundan sonra 12.12.2017-ci il tarixdə də qanunla nəzərdə tutulmuş müddətdə Kassasiya şikayətini vermişik. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının dedikləri və geri qaytarma haqqında Qərardadda gətirdiyi əsaslar şər, böhtan və yalan hərəkət kimi irəli aşılan oyun olmuşdur.

Hazırda davam edən müvahisə üzrə olan təkrar-təkrar çıxarılan Qətnamədən Kassasiya şikayəti ilə əlaqədar aşağıdakıları da məlum edirik.

İlkin İddiaçı Məmmədov Elxan Məmməd oğlu Bakı şəhəri, Yasamal rayon Məhkəməsində biz cavabdehlərə (Natəvan və İsa) qarşı “mənzildən çıxmağa və ititrilmiş mənafeyin ödənilməsinə dair” ərizə verərək “cavabdehlər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun, mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 468-472-ci məhəllə, 127 saylı evin 37-ci mənzilindən çıxarılması, həmin mənzili mənim istifadəmə verilməsi və göstərilən mənzilin cavabdehlər tərəfindən özbaşına olaraq zəbt edilib qanunsuz saxlanılması nəticəsində 15.000 (on beş min) manat məbləğində itirilmiş mənafeyin cavabdehlərdən alınıb mənə verilməsi” barədə Qətnamə çıxarılmasını xahiş etmişdir.

Həmin iddia ərizəsi 17 dekabr 2013-cü il tarixi ilə imza olunmuş, sədr tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakiminə 18.12.2013-cü il tarixdəki dərkənarla icraata təyin olunmaya yönəldilmişdir.

İşin mahiyyət üzrə baxışına başlanmasından öncə 22.01.2014-cü il tarixli Yasamal rayon Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçirilməklə aşağıdakı məzmunlu tərəfimizdən qarşılıqlı iddia ərizəsi verilmişdir:

Bu zaman “iş üzrə ilkin iddia və qarşılıqlı iddia tələblərinin” məcmusu üzrə “Mübahisə predmeti” nə dair “Memar-3” MTK-də 1998-2003-cü illərdə pay Hüququ ilə Birgə Nigah dövründə tikdirdiyimiz Bakı şəhəri, Yasamal rayonu; N.Nərimanov prospekti; 468-472 məhəllə; 127№-li binada yerləşən; 37 №-li Mənzillə dair Məmmədov Tofiq Yaqub oğlunun “Memar-3” “MTK-nə üzv qəbul olunmasına və Musayev Vahid İsa oğlunun Kooperativdən azad edilməsi barədə “Memar-3” MTK-nin 06 saylı, 09 iyul 2009-cu il tarixli iclas protokol və Qərarlarının Etibarsız hesab olunaraq ləğv edilməsi; N.Nərimanov prospekti, 468-472-ci məhəllə; 127 №-li binada, 37 №-li mənzilin Məmmədov Tofiq Yaqub oğlunun adına özəlləşdirilməsi və ona dair Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsində Reyestr nömrəsi-011011000146-05301-093036; Qeydiyyat nömrəsi-1112008191; Seriya MA № 0353181 olan, 22.02.2012-ci il tarixli Qeydiyyatı aparılan çıxarışın Etibarsız Hesab olunaraq ləğv edilməsi, N.Nərimanov prospekti, 468-472 məhəllə, 127 №-li binada, 37 №-li Mənzilin 31 yanvar, 2013-cü il tarixdə AN-1 № 0333321 seriyalı, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin və onun əsasında Məmmədov Elxan Məmməd oğlunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Reyestr nömrəsi-011011000146-05301-093036; Qeydiyyat nömrəsi:1113009995; Seriya-RX № 0114310-li, 02.02.2013-cü il tarixli çıxarışın /Dövlət Reyestr Qeydlərinin/ Etibarsız Hesab olunaraq ləğv edilməsi tələblərinə dair” ilkin iddia üzrə cavabdehlər tərəfindən iddiaçıya münasibətdə Qarşılıqlı iddia tələbləri və iddia üzrə iştirakçı cavabdeh subyektlərə qarşı qarşılılı iddia ərizələr üzrə tələblər barədə, biz qarşılıqlı iddia üzrə iddiaçı şəxs olaraq Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən verilmiş ilkin iddia tələblərinin rədd olunması və qarşılıqlı iddia tələblərinin tam həcmdə təmin edilməsinə dair Qətnamə çıxarılması Məhkəmədən xahiş edilmişdir.

İşdən göründüyü kimi “Qarşılıqlı iddia ərizəsinin” qəbulundan 1-ci instansiya Bakı şəhəri Yasamal rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfinddən imtina olunmuş, Kassasiya şikayəti əsasında Ali Məhkəmə Mülki Kollegiyanın iş №2(102)-4781/14 saylı, 25 dekabr 2014-cü il tarixli qərarla “Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2014-cü il tarixli Qərardadı ləğv edilsin”. İş üzrə yeni qərar qəbul edilsin. Musayeva Natvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun qarşılıqlı iddiası qəbul edilsin.

İş ilkin və qarşılıqlı iddiayla birlikdə baxılması üçün Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilisin” kimi baxılaraq ona qiymət verilmişdir.

İşin mahiyyət üzrə baxışı Yasamal rayon Məhkəməsində araşdırılması yenidən təkrar olaraq icraatına verilmiş 06.04.2015-ci il tarixdə saat 15:30-da və 15.04.2015-ci il tarixdə 11:00-da iclasları davam etdirilərək ilkin iddianın qismən qəbuluna, qarşılıqlı iddia tələblərinin isə rədd olunmasına “dair iş №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamə çıxarılmışdır”.

Qəbul olunan Qətnamə ilə “İddiaçı Məmmədov Elxan Məmməd oğlunun cavabdehlər Musayeva Natəvan Əhəd qızına və Musayev İsa Vahid oğluna qarşı “mənzildən çıxarılma və itirilmiş mənafeyin ödənilməsi tələbinə dair" iddiası qismən təmin edilsin.

Cavabdehlər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu Bakı şəhərı, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 468-172-ci məhəllə, ev 127, 37 saylı mənzildən çıxarılsınlar və həmın mənzil iddiaçı Məmmədov Elxan Məmməd oğlunun istifadəsinə verilsin.

Ilkın iddia qalan hissədə təmin edilməsin.

İlkin iddia qismən təmin edildiyindən, iddiaçı tərəfındən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Musayeva Natəvan Əhəd qızından və Musayev İsa Vahid oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilsin.

Qarşılıqlı iddia üzrə iddiaçılar Musayeva Natəvan Əhəd qızının, Musayev İsa Vahid oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər Məmmədov Elxan Məmməd oğluna, "Memar-3 MTK-ya, Məmmədov Tofiq Yaqub oğluna. üçüncü şəxslər Azərbaycan Respublıkası Əmlak Məsələlərı Dövlət komitəsı yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri Dövlət Notariat kontoruna qarşı "‘protokol və qərarın etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinın və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə" qarşılıqlı iddia ərizəsi təmin edilməsin” kimi baxılaraq qiymətləndirilmişdir.

Həmin qətnamədən verdiyimiz 1-ci Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının iş №2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamə ilə “Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən verilən Apellyasiya şikayəti təmin edilməsin və hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın” kimi qanunsuz və əsassız olaraq qət edilmişdir.

Bakı Apellyasiya Məhkəsəi Mülki Kollegiyasının 1-ci Apellyasiya baxışı üzrə çıxarmış olduğu iş №2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli Qətnamədən verdiyimiz Kassasiya şikayəti əsasında Ali Məhkəmə Mülki Kolelgiyasının (hakim-sədr, möhtərəm T,Qoldman, hakimlər Ə.Rüstəmov, və İ.Dəmirovdan ibarət tərkibdə) iş №2(102) 1523/2016 saylı, 26 may 20 16-cı il tarixli Qərarla “Cavabdehlər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti qismən təmin edilsin.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının 2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyyasiya Məhkəməsinə göndərilsin” kimi qiymətləndirilmişdir.

Mülki işin Apellyasiya şikayətinin baxışı üzrə 2-ci dəfə araşdırlması Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının hakimləri möhtərəm –sədr: E.Nəbiyev, Hakimlər S.Hacıyev və R.Qurbanovdan ibarət tərkibin icraatına verilmişdir.

Bakı Apellyaisya Məhkəməsində həmin kollegiyanın iş iş №2(103)-6309/2016 saylı, 25 iyul 2016-cı il tarixli Qətnamə ilə “Apellyasiya şikayəti təmin dilməsin. Hazırki iş üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın” kimi qiymətlnədirilmişdir.

Qanunla qorunan, hüquq və maraqlarımızı pozan həmin Qətnamədən tərəfimizdən (Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu olaraq, qarşılıqlı iddiaçılar) verilən Kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr,möhtərəm Q.Əsgərov və hakimlər: Ə.Əhmədov və İ.Hacıqayıbovdan ibarət tərkibdə) iş №2(102)-902/2017 saylı, 15 mart 2017-ci il tarixli Qərarla “Musayeva Natəvan Əhəd qızının və Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyaisya Məhkəməsinin Mülki Kollgiyasının 25 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin” qiymət verilməsi kimi Qərara alınmışdır.

İş yenidən 3-cü dəfə Apellyasiya şikayəti üzrə baxılması üçün Ali məhkəmə tərəfindən 12 aprel 2017-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsi instansiyasına göndərilmiş və burada icraatı dayandırlmadan və ona müddət verilmədən Azərbaycan Respublikası MPM-nin 368.32 maddəsinin tələbləri kobud şəkildə pozulaaq 06 oktyanr 2017-ci il tarixdə pozuntuya yol verilməklə baxış icraatı yekunlaşdırlmışdır.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr,möhtərəm: E,Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyevdən ibarət tərkibdə) iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli Qətnamə ilə “Musayeva Natəvan Əhəd qızının və Musayev İsa Vahid oğlunun birgə verdikləri Apellyasiya şikayəti təmin dilməsin. Bakı şəhəri Yasamal rayon Məhkməsinin 2(004)-145/2015 saylı iş üzrə 15 aprel 215-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın qismən təmin edilərək, Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 468-472-ci məhəllə, ev -127, 37 saylı mənzildən çıxarılmaları və həmin mənzilin Məmmədov Elxan Məmməd oğlunun istifadəsinə verilməsi, habelə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyaisya şikaətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun” kimi qət edilmişdir.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA