Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - XVI HİSSƏ

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - XVI HİSSƏ

Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_xv_hiss}

Bununla yanaşı hazırkı mübahisədə qarşılıqlı iddia cavabdeh “Memar-3” MTK-i və digər iştirakçılar “Memar-3” MTK-də 127 nömrəli binada 37 nömrəli pay hüququ ilə tikdirdiyimiz 3 otaqlı ümumi sahəsi 132,5kv.m olan mənzil barədə aramızda olan məhkəmə mübahisələri üzrə 2008-ci ildən, 2012-ci ilədək bundan öncə (22 iyun 2012-ci il tarixədək) Azərbaycan Respublikasının bütün instansiyalarda işlərə baxılaraq qiymətləndirməklə aparılmış, həmin Qətnamə və Qərarlar artıq qanuni qüvvəyə minərək məcburilik yaratmışdır.

Azərbaycan Respublikası MPM-nin 15-ci, 82.3.2. və 233-cü maddələrinin tələbinə uyğun və tərəflər arasında işə dair Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmə Plenumunun Qərarları qəbul olunduğundan hüquq tətbiqetmədə məcburilik halı formalaşır ki, bunların üzərindən mübahisələndirilən “Memar-3” MTK-də 127nömrəli bina, mənzil 37-yə dair bu işdə “qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən aparılmış bütün hərəkətlər etibarsızlığı doğuraraq qarşıya qoyur.

Hazırda Kassasiya şikayəti olunan (protokol, çıxarış və Qərarın etibarsız hesab edilməməsi hissəindən) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10iyul 2018-cii l tarixli /iş2(103)-5519/2018 saylı/ Qətnaməsi üzrə iddia və Qarşılıqlı iddia tələblərinin icraata qəbul edilərək baxışından öncə, (eyni miras kütləsinin sahibinə məxsus olan) tərəflər arasında mübahisə predmetinin obyektini təşkil edən “Memar-3” MTK-da 1998-2003-cü ildə pay hüququ ilə birgə nikah dövründə tikdirilən Bakı şəhəri, Yasamal rayonu,N.Nərimanov prospekti 468-472 məhəllə, 127nömrəli bina, 37saylı 3 otaqlı mənzilə dair ilkin iddia və qarşılıqlı iddia tələbləri baraədə 2008-2012-ci illərdövründə aşağıdakı məhkəmə aktları qəbul olunmuşdur:”

  1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim-sədr, möhtərəm; X.Tağıyev) iş 2(004)-1037/08 saylı, 23 sentryabr 2008-ci il tarixli, Qətnamə ilə “ilkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası təmin edilsun. Musayev Vahid İsa oğlu “Memar-3” MTK-nin üzvülüyündən çıxarılmış hesab edilsin.

Musayev Vahid İsa oğlu “Memar-3” MTK-a ödədiyi 28.300 (iyirmi səkkiz min üç yüz) ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə və Musayev Vahid İsa oğlunun mübahisəli mənzilin təmirinə xərclədiyi 28.971 (iyirmi səkkiz min doqquz yüz yetmiş bir) manat “Memar-3” MTK-dan alınaraq Musayev Vahid İsa oğlunun vərəsələrinə aşağıdakı qaydada ödənilsin: Göstrilən məbləğin 4/6 hissəsi Musayeva Natəvan Əhəd qızına, 1/6 hissəsi Musayev İsa Vahid oğluna, 1/6 hissəsi Bağırlı Rasim Yusif oğluna:” kimi müəyyən olunaraq miras pay bölgüsü qət edilmişdir.

Burada xüsusilə qeyd olunmalıdır ki, ilkin iddiaçılar eyni miras qoyan Musayev Vahid İsa oğlunun (17 aprel 2007-ci il tarixdə) yalnız qanun üzrə 1-ci növbə vərəsələri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğluna (13 saylı Notariat Kontorunda miras-vərəsəlik işi açılaraq şəhadətnamə verilmiş Musayeva Natəvan Əhəd qızının cavabdeh “Memar-3” MTK-nin sədri, Rəhimova Aidə Sadiq qızına qarşı vərəsənin kooperativn üzvlüyünə qəbul edilmiş hesab olunması müqavilənin qismən eibarsız hesab olunması, vəzifəli şəxsin üzərinə qanunsuz hərəkətlərinə son qoyması vəzifəsinin həvalə edilməsi mənzilin qiymətinin müəyyən olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin iddia tələbləri irəli sürülmüşdür.

Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “Memar-3” MTK-nin sədri RəhimovaAidə Sadiq qızının Musayeva Natəvan Əhəd qızına qarş mənzilin satışa çıxarılması, ödənilmiş pulun qaytarılması və qalan məbləğin kooperativə verilməsinə dair tələblər və müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun kooperativdə olan miras payın vərəsəyə aid hissəsinin müəyyən edilməsi və ayrılması tələbinə dair iddiası baxılaraq qiymətləndirilmişdir.

Bu qətnamədən ilkin iddiaçı Musayeva Natəvan Əhəd qızı və 3-cü şəxs Bağırlı Rasim Yusf oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Kollegiyasına apaellyasiya şikayətləri vermişlər.

  1. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının (hakim-sədr, möhtərəm: İ.Əsədov, hakimlər: M.Məmmədov və M.Bağırovdan ibarət tərkibdə) iş 2(103)-154/2009 saylı, 05 fevral 2009-cu il tarixli Qətnamə ilə “Apellyasiya şikayəti təmin edilməsin. Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli 2(004)-1037/08 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən 3 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər.” Kimi baxılaraq qiymət verilmişdir.
  2. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının (möhtərəm hakimlər: İ.Əsədov, M.Məmmədov və M.Bağırovadan ibarət tərkibdə) iş 2(103)-154/2009 saylı, 05 fevral 2009-cu il tarixli Qərardadla “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsindən 3-cü şəxs R,Bağırlının apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.” kimi baxılaraq qiymət verilmişdir.
  3. Iş üzrə iddiaçı Musayeva Natəvan Əhəd qızının Kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının (hakim-sədr, möhtərəm: N.Rəsulbəyova, hakimlər, B.Əsədov və A.İsgəndərovdan ibarət tərkibdə) iş 2(102)-1873/09 saylı, 07 iyul 2009-cu il tarixli Qərarla “iddiaçı Musayeva Natəvan Əhəd qızının kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 05 fevral 2009-cu il tarixli, 2(103)-154/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın”kimi baxılaraq qiymətləndirilmişdir.
  4. Azrbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Natəvan Əhəd qızı Musayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Ərizə barədə 21 iyun 2010-cu il tarixli Qərarına əsasən 1. Natəvan Əhəd qızı Musayevanın “Memar-3” Mənzil Tikinti Kooperativinə qarşı iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollgiyasınınb 07.iyul 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417.1.3. və 418.1-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq, Azərbaycan Respublikası Mülki Prosessual qanunvericliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın” kimi Qərara alınmışdır.
  5. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, iddaçı Musayeva Natəvan Əhəd qızının cavabdeh “Memar-3” Mənzil Tikinti Kooperativinin sədri Rəhimova Aidə Sadıiq qızına qarşı vərəsənin kooperativin üzvlüyünə qəbul olunması, müqavilənin qismən etibarsız hesab olunması, vəzifəli şəxsin üzərinə qanunsuz hərəkətlərinə son qoyması vəzifəsinin həvalə edilməsi, mənzilin qiymətinin müəyyən olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası, “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Sadiq qızının Musayeva Natəvan Əhəd qızına qarşı mənzilin satışa çıxarılması, ödənilmiş pulun qaytarılması və qalan məbləğin kooperativə verilməsinə dair qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun kooperativdə olan miras payın vərəsəyə aid hissəsinin müəyyən edilməsi və ayrılmasına dair iddiası barədə mülki iş üzrə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında iş üzrə 08 oktyabr 2010-cu Il tarixli, iş13(102)-5(k)/2010 saylı Qərarla “iş üzə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 07 iyul 2009-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 05 fevral 2009-cu il tarixli Qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyaisya Məhkəməsinə göndərilsin” kimi baxılaraq Qərara alınmışdır.
  6. Bakı Apellyaisya Məhkəməsinin Mülki Kollegiyasının (hakim-sədr; möhtərəm, M.Tağızadə, hakimlər: İ.Hüseynov və N.Mustafayevdən ibarət tərkibdə) iş 2(103)-752/2012 saylı, 02 fevral 2012-ci il tarixli Qətnamə ilə “Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon Məhkəməsinin hazırki iş üzrə 23 sentyabr 2008-ci il tarixli qətnaməsi qarşılıqlı iddia və üçüncü şəxsin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. “Memar-3” MTK-nin idarə heyətinin sədri Rəhimova Aidə Məmmədsadiq qızının Musayeva Natəvan Əhəd qızına qarşı cavabdehə verilməsi nəzərdə tutulan 3 otaqdan ibarət ümumi sahəsi 132,5 kv.metr olan mənzilin satışa çıxarılması və onların ödədiyi 28.300 ABŞ dollarının qaytarılmasına, qalan məbləğin kooperativə verilməsinə dair qarşılıqlı iddia tələbi təmin dilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Bağırlı Rasim Yusif oğlunun “Memar-3MTK-da atası Musayev Vahid İsa oğlunun miras payından ona çatası hissənin müəyyəm edilərək verilməsi haqqında iddia tələbi təmin edilməsin.

Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın kimi baxılaraq Qət olunmuşdur.

  1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş2(103)-752/2012 saylı, 02 fevral 2012-ci il tarixli Qərardadla “Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon Məhkəməsinin hazırki iş üzrə 23 sentyabr 2008-ci il tarixli qətnaməsi “vərəsənin MTK-nin üzvlüyünə qəbul edilmiş hesab edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin.

Musayeva Natəvan Əhəd qızının “Memar-3 Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilmiş hesab olunmasına dair iddia tələbi üzrə icraata xitam verilsin.” Kimi müəyyən edilərək qərara alınmışdır.

  1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim-sədr, möhtərəm M.Tağızadə, İ.Hüseynov və N.Mustafayevdən ibarət tərkibdə) iş 2(103)-752/2012 saylı, 04 aprel 2012-ci il tarixli “Əlavə Qətnamə” ilə “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2009-cu il tarixli qətnmaəsi Musayev Vahid İsa oğlunun “Memar-3” MTK-nin üzvlüyündən çıxarılmış hesab edilsin” hissəsində ləğv edilsin”kimi baxılaraq Qət edilmişdir.

Bundan sonra iddiaçı Musayeva Natəvan Əhəd qızı və maraqlı şəxs Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2012-ci il tarixli, (hakim-sədr, möhtərəm: A.Kalbalıyev, hakimlər: Ə.Mirzliyev və Ə.Rüstəmovdan ibarət tərkibdə.) iş 2(102)-1977/12 saylı Qərarla “iddiaçı Musayeva Natəvan Əhəd qızı, maraqlı şəxs Musayev İsa Vahid oğlu və onların vəkili Həsənov Hüseyn Xeybər oğlunun Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-752/2012 nömrəli iş üzrə 02 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir” kimi baxılaraq Qərara alınmışdır.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA