Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - XVIII HİSSƏ

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - XVIII HİSSƏ

Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_xvii_hiss}

Saxta üsul və vasitə ilə tərtib olunmuş protokol, çıxarış və Qərraalrın özü-özlüyündə etibarsızlığını aşkarlayan hallar:

Birinci "Memar-3" MTK üzvlərinin ümumi

iclasının 09iyul 2009-cu il tarixli 06 saylı protokolundan

ÇIXARIŞ

Bakı şəhəri 09 iyul 2009 il.

Kooperativin üzvlərinin ümumi sayı 126 nəfər

İclasda iştirak edirdi 83 nəfər

İclasın sədri A.Sultanov

Katib R.Seyidov

Gündəlik məsələ:

1.Musayev Vahid İsa oğlunun kooperativdən azad edilməsi barədə

2. Məmmədov Tofıq Yaqub oğlunun MTK-ya üzv qəbul edilməsi barədə.

"Memar-3" MTK-nın idarə heyyətinin sədri A.Rəhimova çıxış edərək bildirdi ki. kooperativin üzvi Musayev Vahid İsa oğlu rəhmətə getmiş və sağlığında onunla kooperativ arasında bağlanmış müqavilələrdən gələn öhtəlikləri yerinə yetirməmişdir. Onun vərəsələri kooperativə müraciyət etməmişlər və birbaşa Baki şəhəri Yasamal rayon Məhkəməsinə kooperativə qarşı iddiya ərizəsi ver- mişlər. Yasamal rayon Məhkəməsi işz №2 (004)-1037/08 23 sentyabr 2008-ci il tarixli Qətnaməsi ilə qərara aldı :Musayev Vahid İsa oğlu “Memar-3“ MTK-n üzvlüyündən çıxarılmış hesab edilsin. Musayev Vahid İsa oğlunun "Memar-3" MTK-ya ödədiyi 28.300 (iyirmi səkkiz min üç yüz) ABŞ dolları ödənış gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə və Musayev Vahid İsa oğlunun mübahisəli mənzilin təmirinə xərclədiyi 28.971 (iyirmi səkkiz min doqquz yüz yetrniş bir) manatı "‘Memar-3” MTK-dan alınaraq Musayev Vahıd İsa oğlunun vərəsələrinə ödənilsin. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. A.Rəhimova bildirdi k i. Musayev Vahid İsa oğlunun payına düşən pul məbləği tam ödənilməyib. nəticədə kooperativin podratçı təşkilatları qarşısında küllü miqdarda borcları yaranmışdır. kooperativ çətin və çıxılmaz vəziyyətə düşmüşdür. Təklif edirəm Musayev Vahid İsa oğlu kooperativ üzvülüyündən azad olunsun.

Məsələ ilə bağlı A.Rəhimova çıxış edərək qeyd etdi ki, hal-hazırda qeyd olunan məbləğlər Musayev Vahidin vərəsələrinə qaytarılmayıb və çıxış yolu mənzili başqasına verməkdir. MTK -nın İdarə Heyyətinə Məmmədov Tofıq Yaqub oğlu tərəfındən kooperativə payçılıqa qəbul edilməsi barədə ərizə daxil olub. Təklif edirəm 37 saylı mənzil Məmmədov Tofıq Yaqub oğluna verilsin. Məmmədov Tofıq Yaqub oğlu çıxış edərək bildirdi ki. 37 saylı mənzili götürməyə razılıq verir və Musayev Vahidin vərəsələrinin pulunun qaytarılmasını təmin etmək üçün MTK-ya tezliklə pulların köçürülməsini öz öhtəsinə götürür. Abbasova Əzizə çıxış edərək bildirdi ki, Musayev Vahid 01 fevral 2004 ildə bağladığı müqaviləyə əsasən ödəməli məbləğdən 1 manat da ödəməyib. O sağlığında kooperativdən xaric edilməliydi. Kooperativ humanistlik göstərərək ona dəfələrlə vaxt vermişdir. Lakin o kooperativə olan borcunu ödəməmişdir. Artıq o, iki ildən çoxdur rəhmətə getmişdir və onun hüquqi varisləri kooperativə rəsmi müraciət etməmişdir. Rəhmətə qetdiyindən. nizamnaməyə əsasən, o kooperativdən avtomatik xaric olunur və ona verilməsi nəzərdə tutulan mənzil satıldıqdan sonra ödədiyi məbləğ onun varislərinə qaytarılmalıdır.

Kooperativin üzvləri : Abduyeva U. Aşurbeylı P. Nəbiyeva S. Rəhimova D. Zülfüqarlı E. Abbasov F. Zeynalov N. Sadıqova V. Hacıyeva T. Qasımova E. çıxış edərək hər iki məsələni dəstəklədilər.

Qərara alındı

- Musayev Vahid İsa oğlu kooperativin üzvlüyündən xaric edilsin

- Məmmədov Tofiq Yaqub oğlu “Memar 3” MTK-ya üzv qəbul edilsin.

MKT-nin İdarə Heyəti 5-ci mərtəbə 3 otaqlı 37 saylı mənzilin Məmmədov Tofiq Yaqub oğluna təhvil verilməsini təmin etsin.

İclas sədri: A.Sultanov

Katib: R.Seyidov

Protokoldan çıxarışı təsdiq edirəm

“Memar-3” MKT-nin sədri A.Rəhimova

Xüsusi qeyd: Burada iclasda iştirak etməli üzvlərin sayını 126, iştirak edənlərin 83, sədr A.Sultanov və katib R.Seyidov olduğu, gündəlik məsələnin: Musayev Vahid İsa oğlunun kooperativdən xaric, Məmmədov Tofiq Yaqub oğlunun “Memar-3” MTK-ya üzv qəbul olunması göstərilir.

İkinci: Çıxarış

“Memar 3” kooperativinin ümumi iclasının 06 saylı protokolundan

Bakı şəhəri 09 iyul 2009 il.

Gündəlik

MTK “Memar-3” -ə məxsus olan 37 saylı mənzilin başqa şəxsə satılmaqla MTK-ya yeni üzv qəbul edilməsi.

İclasın sədrı R.Seyidov

Katib A.Zeynalova

Kooperativin üzvlərin ümumi sayı: 126 nəfər.

İştirak edirdilər : 71 nəfər

QƏRARA ALINDI :

  • Məmmədov Tofık Yaqub oğlunu MTK-a üzv qəbul edərək 37 savlı mənzil ona verilsin.
  • Musayev Vahid İsa oğlu bir caha MTK üzvlüyündən xaric edilmiş sayılaraq onunla bağlanmış müqavilə ləğv olunsun.
  • MTK-nın sədri A.Rəhimova Məmmədov T.Y .ilə müqavilə bağlasin.
  • Musayev Vahidin 37 saylı mənzilə qörə 2005-ci ildən kommunal və MTK üzvlərinin razılığı ilə əlavə xərclərdən yaranmış borclarını Məmmədov Tofık Yaqub oğlu öz üzərinə qötürərək tam şəkildə ödəməlıdir.
  • Aida Rəhimova 37 saylı mənzili açıb Məmmədov Tofık Yaqub oğluna təhvil verilməsini təmin etməldir.

İclas sədri R.Seyidov

Katib A.Zeynalova

Protokoldan çıxarışı təstiq edirəm

“Memar-3” MTK-nın sədri ; Aida Rəhimova

Xüsusi qeyd: Məhkəmə işinə daxil edilən eyni protokol, çıxarış və Qərarda: Ümumi say 126, iştirak edənlər 71, iclasın sədri E.Seyidov, katibi: A.Zeynalov, müzakirə olunaraq Qərara alınan məsələlərin 5 hissədən ibarətliyi göstərilir. 1-ci protokolda iştirak edənlərin sayı 83, 2-ci də isə 71, sədr A.Sultanov, katib R,Seyidov olduğu göstərilsə də 2-sidə sədr R.Seyidov, katib A.Zeynalov qeyd edilir. 1-ci protokolda müzakirədə 2-i məsələyə, baxıldığı halda, 2-ci protokolda 5 məsələyə baxıldığı üzə çıxarılır.

Üçüncü protokol:

Çıxarış

Меmаr 3” kooperativinin ümumi iclasının 06 saylı protokolundan

Bakı şəhəri “09 iyul 2009 il.

Gündəlik

MTK “Memar-3”-ə məxsus olan 37 saylı mənzilin Məmmədov Tofiq Yaqub oğluna satılması və MTK-ya üzv qəbul edilməsi.

İclasin sədri R.Seyidov

Katib S.Nəbiyeva

Kooperativin üzvlərin ümumi sayı: 126 nəfər.

İştirak edirdilər : 71 nəfər

QƏRARA ALINDI :

- Məmmədov Tofik Yaqub oğlunu MTK-a üzv qəbul edərək 37 saylı mənzil ona verilsin.

İclas sədri: R.Seyidov

Katib S.Nəbiyeva

Protokoldan çıxarışı təsdiq edirəm:

“Memar-3” MTK-nin sədr: A.Rəhimova

Xüsusi Qeyd: Dövlət Reyestri xidməti Bakı şəhəri, ərazi idarəsinin arxivindən məhkəmə sorğusu əsasında alınaraq işə daxil olunan və müzakirəsi aparılan 06 saylı 09 iyul 2009-cu il tarixli “Memar-3” MTK-nın ümumi icrasının protokol-çıxarış və qərarında, iştirakçıların.

Ümumi sayı -126, iştirak edənlər-71, iclasın sədri-R.Seyidov, katib S.Nəbiyeva, gündəlikdə müzakirəyə çıxarılan məsələ: MTK “Memar-3”-ə məxsus olan 37 saylı mənzilin Məmmədov Tofiq Yaqub oğluna satılması və MTK-ya üzv qəbul edilməsi və Qərara Alındı hissədə Məmmədov Tofiq Yaqub oğlunu MTK-a üzv qəbul edərək 37 saylı mənzil ona verilsin kimi göstərilir. Halbuki, bundan əvvəlkilərlə göstərilən tərkib say strukturunda yenədə uyğunsuluqlar üzə çıxır. Müzakirə edilən məsələlər və iclasın katibinin dərqli-fərqli məsələ və şəxs olduğu aşkarlanır. İştirak dənlərin say tərkibinin 83, 71,71 olduğu, uyğunsuzluğu təsdiqlənir.

“Memar-3”MTK üzvlərinin ümumi iclasının 06 saylı

PROTOKOLU

Bakı şəhəri 09 iyul 2009-cu il

Kooperativ üzvlərinin ümumi sayı 126 nəfər

İclasda iştirak edirdi: 83 nəfər

Gündəlik məsələ

İclasın sədri: A.Sultaniv

Katib: R.Seyidov

  1. Musayev Vahid İsa oğlunun kooperativdən azad edilməsi barədə
  2. Məmmədov Tofiq Yaqub oğlunun MTK-ya üzv qəbul edilməsi barədə
  3. Həyətin abadlıq məsələsi
  4. Tikinti işləri başa çatdıqdan MTK “Memar-3”-ün binalarını Komissiyasına təhvil vermək barədə

1. “Memar-3” MTK-nın idarə heyətinin sədri A.Rəhimova çıxış edərək bildirdi ki, kooperativin üzvü Musayev Vahid İsa oğlu rəhmətə getmiş və sağlığında onunla kooperativarasında bağlanmış müqavilələrdən gələn öhdəlikləri yerinə yetirməmişdir. Onun vərəsələri kooperativə müraciət etməmişlər və birbaşa Bakı şəhəri Yasamal rayon Məhkəməsinə kooperativə qarşı iddia ərizəsi vermişlər. Yasamal rayon Məhkəməsi iş 2(004)-1037/08, 23 sentyabr 2018-ci il tarixli Qətnaməsi ilə qərara aldı Musayev Vahid İsa oğlu “Memar-3”MTK-nın üzvülüyündən çıxarılmış hesab edilsin. Musayev Vahid İsa oğlunun “Memar-3” MTK-ya ödədiyi 28.300 (iyirmi səkkiz min üç yüz) ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə və Musayev Vahid İsa oğlunun mübahisəli mənzilin təmirinə xərclədiyi 28.971 (iyirmi səkkiz min doqquz yüz yetmiş bir) manatı “Memar-3” MTK-dan alınaraq Musayev Vahid İsa oğlunun vərəsələrinə ödənilsin. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.

A.Rəhimova bildirdi ki, Musayev Vahid İsa oğlunun payına düşən pul məbləği tam ödənilməyib, nəticədə kooperativin podratçı təşkilatları qarşısında külli miqdarda borcları yaranmışdır, kooperativ çətin və çıxılmaz vəziyyətə düşmüşdür. Təklif edirəm Musayev Vahid İsa oğlu kooperativ üzvlüyündən azad olunsun. 2.Məsələ ilə bağlı A.Rəhimova çıxış edərək qeyd etdi ki, hal-hazırda qeyd olunan məbləğ Musayev Vahidin vərəsələrinə qaytarılmayıb və çıxış yolu mənzili başqasına vermək MTK-nın İdarə Heyətinə Məmmədov Tofiq Yaqub oğlu tərəfindən kooperativin payçılığa qəbul edilməsi barədə ərizə daxil olub, təklif edirəm 37 saylı mənzil Məmmədov Tofiq Yaqub oğluna verilsin. Məmmədov Tofiq Yaqub oğlu çıxış edərək bildirdi ki, 37 saylı mənzili götürməyə razılıq verir və Musayev Vahidin vərəsələrinin pulunun qaytarılmasını təmin etmək ücün MTK-ya tezliklə pulların köçürülməsini öz öhtəsinə götürür.Abbasova Əzizə çıxış edərək bildirdi ki, Musayev Vahid 01 fevral 200-1 ildə bağladığı miiqaviliyə əsasnn ödəməli
məbləqdən 1 manatda ödəməyib. O, sağlığıda kooperativdən xaric edilməliydi. Kooperativ humanistlik göstərərək ona dəfələrlə vaxt vermişdir. Lakin kooperativə olan borcunu ödəməmişdir. Artıq o, iki ildən çoxdur rəhmətə qetmişdir və onun hüquqi varisləri kooperativə rəsmi müraciyət etməmişdir. Rəhmətə qetdiyindən. nizamnaməyə əsasən, o kooperativdən aftomatik xaric olunur və ona verilməsi nəzərdə tutulan mənzil satıldıqdan sonra ödədiyi məbləq onun varislərinə qaytarılmalıdır.

Kooperativin üzvləri : Abduyeva U. Aşurbeylı P. Nəbiyeva S. Rəhimova D. Zülfüqarlı E. Abbasov F. Zeynalov N. Sadıqova V. Hacıveva T. Qasımova E. çıxış edərək hər ıkı məsələni dəstəklədilər.

Qərara alındı :

Musayev Vahid İsa oğlu kooperativin üzvliyindən xaric edilsin.

Məmmədov Tofiq Yaqub oğlu “Memar-3" MTK-ya üzv qəbul edilsin. MTK-nın İdarə Heyyəti 5-ci mərtəbə 3 otaqlı 37 saylı mənzilin Məmmədov Tofiq Yaqub oğluna təhvil verilməsini təmin etsin.

Qərar yekdilliklə qəbul olundu.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA