Heydər Oğuzdan maraqlı Naxçıvan statusu: Vasif Talıbova "ayı xidməti"

  • |

Heydər Oğuzdan maraqlı Naxçıvan statusu: Vasif Talıbova "ayı xidməti"

Son zamanlar Naxçıvan Muxtar Respublika rəhbərliyi ilə bu bölgədən seçilmiş deputat, BAXCP sədri Qüdrət Həsənquliyev arasında gedən polemikalara həmin düşərgələrdən kənar şəxslər də müdaxilə etməyə başlayıblar. Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər Oğuzun dünən facebook səhifəsində bu qarşılıqlı söz dueli barədə paylaşdığı statusunu da “kənar müdaxilə”lərdən hesab etmək olar.

Heydər Oğuz statusunda nazir-deputat münasibətləri, Naxçıvanın hüquqi və siyasi statusu, deputat toxunulmazlığı barədə maraqlı təsbitlərini dilə gətirməklə yanaşı, Qüdrət Həsənquliyevə qarşı aparılan kampaniyanın Muxtar Respublikanın tarixi imicinə zərbə vurduğunu vurğulayıb.

Siyasi gündəmin nəbzini tutan statusu “Hürriyyət” oxucularına təqdim edirik:

 

“Deputat – seçilmiş, nazir – təyin olunmuş şəxsdir. Bu mənada nazir hakimiyyəti, deputat xalqı təmsil edir. Hakimiyyət xalqın qulluqçusu olduğundan, status etibarilə deputat nazirdən ağır gəlir. Yeri gələndə, nazir xalqın təmsilçisi olan deputata hesabat verməyə borcludur. Bütün bunları nəzərə alanda Naxçıvan rəhbərliyinin seçilmiş şəxsin qarşısına təyin olunmuş şəxsi çıxarması qətiyyən etik görünmür.

Üstəlik, deputatın toxunulmazlıq hüququ var. Bu hüquq təkcə onun fiziki sağlamlığına xətər yetirilməməsini və ya azadlıqdan məhrum edilməməsini də ifadə etmir. Deputatın həm də sözü toxunulmazdır. Hüquqi və siyasi ənənələrə görə, deputat gördüyü bütün naqislikləri heç bir təzyiqə məruz qalmadan ifadə edə bilməli, hökumət və dövlət orqanları qarşısında məsələ qaldırmalıdır. Qüdrət Həsənquliyevə qarşı Muxtar Respublikadan yönələn təzyiqlər bu baxımdan da siyasət və hüquq çərçivəsinə sığmır.

Görüntünün olası içeriği: yazı

Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Qüdrət Həsənquliyev təkcə Naxçıvandakı seçicilərinin yox, həm də Azərbaycan xalqının təmsilçisi hesab olunur və bu səlahiyyəti də ona Muxtar Respublika seçiciləri verib. Naxçıvanın hansısa naziri onunla müqayisədə Binəqədi rayonunun idman şöbəsinin müdiri kimi bir zaddır. Heç təsəvvür etmək olarmı ki, Binəqəddinin idman şöbəsinin müdiri hansısa deputat barədə ağzına gələni danışsın? Hətta bu, nəinki İcra hakimiyyətinin hansısa şöbə müdirinə, heç icra başçısına da yaraşmaz. Axı, niyə Naxçıvan rəhbərliyi və naxçıvanlı məmurlar hər məsələdə Azərbaycan xalqı üçün pis nümunələr yaradırlar?

Deyə bilərsiniz ki, Azərbaycan adlı yerdə, o cümlədən Naxçıvanda seçkilər demokratik keçirilmədiyindən, deputatlar xalqın gerçək iradəsini ifadə etmir və bu xüsusiyyət Qüdrət Həsənquliyevə də aiddir. Bu fikrinizdə haqlı ola bilərsiniz. Amma bunun məsələyə qətiyyən dəxli yoxdur. Qüdrət bəyin necə seçilməsi onun yox, Azərbaycan hakimiyyətinin və bu hakimiyyətin Naxçıvan uzantısının problemidir. Şəxsən mən hesab edirəm ki, Azərbaycanda demokratik mühit olsaydı, Qüdrət Həsənquliyevin əqli potensialı və maddi durumu onun yenə də xalqdan mandat qazanmasına yetərdi. Qeyri-demokratik sistem hesabına deputat olmaq xüsusiyyəti ağzının danışığını bilməyən digər deputatlara, o cümlədən Naxçıvandan mandat almış Siyavuş Novruzov, Eldar İbrahimov (hər ikisiylə həmkəndli sayılmağımıza baxmayaraq) kimi insanlara aiddir.

Ayrıca, deputatlar demokratik seçki yoluyla seçilməyiblərsə, onlardan mandat alan hökumətlər də qeyri-legitimdir. Bu baxımdan da Naxçıvan rəhbərliyinin deputat mandatı daşıyan bir şəxsin üzərinə hücuma keçməyə mənəvi hüququ çatmır. Qüdrət Həsənquliyevə hörmət etmirsinizsə, öz işinizdir, heç olmasa, onun daşıdığı mandata sayqılı olun!

Görüntünün olası içeriği: yazı

Cavab verirsinizsə, bunu etik normalar çərçivəsində edin. Necə ki, ötən gün Anar İbrahimov adlı politoloqun “Rəqəmlərlə hoqqabazlıq: sirk qaydalarını siyasətə və iqtisadiyata gətirmək kimə lazımdır?” yazısı BAXCP sədrinin iddialarına verilmiş məntiqli cavab idi. Baxmayaraq ki, bu yazıda da bəzi etik normalar pozulmuşdu. Amma hər halda əqli və nəzakət qaydalarına uyğunluq baxımından Naxçıvanın İdman nazirinin ritorikalarından tamamilə seçilirdi.

Naxçıvan rəhbərliyi Muxtar Respublikanın tarixən ölkəmizin ziyalıları ilə seçilən bölgəsi olduğunu nəzərə almalı, bu imici yenidən bərpa etməyə çalışmalıdır. Hər halda məktəblilərə 30 kitab oxumaq kampaniyası ilə yadda qalan və haqsız yerə tənqid olunan Vasif Talıbova da bu yaraşır. Kimlərsə siyasətlə boks rinqini qarışdıraraq, Naxçıvan Ali Məslisinin sədrinin böyük zəhmət bahasına yaratmağa çalışdığı imicinə kölgə salmasın. Bu, Sədrə “ayı xidməti”ndən başqa bir şey deyil. Unutmayın ki, sizlərin ən kiçik səhvini dördgözlə gözləyən rəqibləriniz var və onlara hədiyyə etdiyiniz hər “kozır” Naxçıvan rəhbərinə qarşı istifadə olunacaq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA