Həzrət Davudun orucu hansı qayda ilə tutulur?

  • 2019-02-28 23:18:29
  • |
  • Din /

Həzrət Davudun orucu hansı qayda ilə tutulur?

Dinimizdə təkcə Ramazan ayının vacib orucunu deyil, ilin başqa günlərində də müstəhəb oruclar tutmaq tövsiyə edilir (Fitr bayramı və Qurban bayramı günlərindən başqa).

Hurriyyet.org islam.az-a istinadən bildirir ki, müstəhəb oruclar istənilən qaydada və ardıcıllıqda tutula bilər. İnsan öz şəraitinə, səhhətinə, əhval-ruhiyyəsinə uyğun olan günlərdə müstəhəb oruc tuta bilər. Hədislərdə müstəhəb orucların bir növü daha çox təkid edilir, buna "Həzrət Davud Peyğəmbərin (ə) orucu" deyilir. Dini rəvayətlərə görə, o həzrət günaşırı oruc tutardı, yəni bir gün oruc tutub, o biri gün tutmazdı. Həzrət Davudun (ə) orucu bədəni zəiflətmir, insanın öz iş qrafikini oruca uyğunlaşdırmasına müəyyən qədər yardım edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA