Hindistan Pakistanın dördüncü dronunu vurdu - VƏZİYYƏT GƏRGİNLƏŞİR

  • 2019-03-11 15:04:24
  • |
  • Dünya /

Hindistan Pakistanın dördüncü dronunu vurdu - VƏZİYYƏT GƏRGİNLƏŞİR

Hurriyyet.org xəbər verir ki, Hindistanın Hərbi Hava Qüvvələri bazar günü Pakistan ərzisindən buraxılan sayca dördüncü Pilotsuz Uçuş Aparatını vurub. NDTV telekanalının məlumatına görə, PUA Hindistanın şimalında yerləşən Racastan ştatının Qanqanaqar şəhərinin üzərində vurulub.

Bundan əvvəl Hindistanın HHQ 26 fevral, 4 mart və 9 mart tarixlərində Pakistanın 3 ədəd PUO-sunu vurmuşdular.

İki qonşu dövlət – Hindistanla Pakistan arasında gərginlik son həftələrdə xüsusilə artıb. Gərginliyin səbəri fevralın 14-də Hindistanın Cammi Kəşmir ştatında kamikadze terrorçunun hərbi polis maşını karvanının yaxınlığında özünü partlatması olub. Həmin gün 45 nəfər terror aktının qurbanı olub. Hücuma görə məsuliyyti Məsud Əzharın başçılıq elədiyi “Caiş-e-Məhəmməd” qruplaşması götürüb. Hindistanın bildirdiyinə görə, qruplaşma Pakistanda fəaliyyət göstərir.

Bunun ardından Hindistan Pakistanı terror qruplaşmalarını formalaşdırmaqda ittiham edib. İslamabad isə bu ittihamları rədd edərək, rəsmi Nyu-Dehliyə birgə təhqiqat aparmağı təklif edib. Bu hadisə nəticəsində iki ölkə arasında onsuz da gərgin olan münasibətlər daha da pisləşib, region yenidən hərbi münaqişə həddinə çatıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA