“Hipersonik silahlara qarşı müdafiə sistemləri əvvəlcə bizdə olmalıdır” - PUTİN

  • 2019-05-14 17:59:05
  • |
  • Region /

“Hipersonik silahlara qarşı müdafiə sistemləri əvvəlcə bizdə olmalıdır” - PUTİN

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin deyib: “Hipersonik silahlara qarşı müdafiə sistemi başqa ölkələrdən əvvəl Rusiyada olmalıdır”.

Rusiyanın hərbi sənaye kompleksinin inkişaf etdirilməsi məsələsi ilə bağlı çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələri üçün hava məkanı üzərindəki nəzarətin artırılmasının əsas vəzifələrdən biri olduğunu bildirib.

Rusiyada indiyə qədər “Avanqard”ın uğurlu şəkildə test edildiyini xatırladan Rusiya prezidenti dünyada hipersonik bir silaha sahib olan yeganə ölkə olduqlarını vurğulayıb və deyib: “Lakin dünyanın qabaqcıl ölkələrinin bu cür silahları gec-tez əldə edəcəklərinə inanırıq və buna görə də Rusiya hipersonik silahlara qarşı müdafiə sistemlərinə başqa ölkələrdən əvvəl sahib olmalıdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA