HƏM STRATEJİ, HƏM MƏDƏNİ

  • 2019-04-08 17:38:39
  • |
  • Region /

HƏM STRATEJİ, HƏM MƏDƏNİ

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan ilə rusiyalı həmkarı V.Putin arasındakı görüşün gündəliyində duran ən mühüm məsələ Suriyadakı vəziyyət və Türkiyənin Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemi olub.

Prezident Ərdoğan Türkiyə-Rusiya Mədəniyyət və Turizm İlinin açılışı və Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII iclasının keçirilməsi üçün Rusiyanın paytaxtı Moskva şəhərində görüşüblər. Türkiyə və Rusiya biznesmenlərinin də iclasda iştirak edəcəkləri gözlənilir. Prezidentlərin təkbətək görüşündə usə Rusiya-Türkiyə arasındakı ikitərəfli münasibətlər hərtərəfli şəkildə müzakirə ediləcək.

Ən mühüm mövzunun Türkiyənin Rusiyadan alacağı S-400 sistemləri olacağı gözlənilir.

Rusiya sövdələşmənin məbləğinin 2,5 milyaard dollar olduğunu bildirib. Türkiyə Rusiyadan iki sistem və dörd batareya alacaq.

İki ölkə arasında viza məsələsinin sadələşdirilməsi məsələsinin növbəti dəfə müzakirə edilməsi gözlənilir.

Prezidentlərin bugünkü görüş proqramına məşhur “Bolşoy teatr”da Ankara Dövlət Opera və Balet teatrının səhnələşdirdiyi “Troya operası” tamaşasının nümayişi də daxildir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA