Hökumətdə kartof müzakirəsi - İxrac rüsumu yarıbayarı azaldıla bilər

Hökumətdə kartof müzakirəsi - İxrac rüsumu yarıbayarı azaldıla bilər

Azərbaycanda kartofun ixracına tətbiq olunan gömrük rüsumunun ləğv olunması barədə xəbərlər yayılıb.

İddia olunur ki, hökumət sahibkarlar zərərə düşməsin deyə belə bir qərar verib.

Oxu.Az-ın aidiyyəti qurumlardakı mənbələrdən əldə etdiyi məlumata görə, kartofun ixracına tətbiq olunan gömrük rüsumu ilə bağlı hökumətdə müzakirələr aparılır.

Lakin bu, rüsumun tamamilə ləğv olunması ilə bağlı deyil.

Versiyalardan biri belədir ki, kartofun ixracına qoyulan rüsum yarıbayarı azaldılsın.

Qeyd edək ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunub.

Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulub.

Qərara əsasən, mayın 31-dək Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu tətbiq olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA