“Hökumətin dağılması sürətlənərsə, Qarabağ probleminin həlli də sürətlənəcək” – İrəvanda gərgin müzakirə

“Hökumətin dağılması sürətlənərsə, Qarabağ probleminin həlli də sürətlənəcək” – İrəvanda gərgin müzakirə

2013-cü il dekabr ayında Rusiya prezidentinin Ermənistana səfərindən əvvəl təhlükəsizlik işçiləri Ermənistana gələrək avadanlıq gətirir, cangüdənlər hərəkət marşrutunu hazırlayıb yoxlayır, müşahidə oyuqları təşkil edilir, bəzən küçələri asfaltlayırdılar. Həmin vaxt səfərə hazırlıqlar, təxminən bir ay əvvəl, noyabr ayında başlayırdı.

Rusiya prezidentinin Ermənistana gözlənilən 1 oktyabr səfərinə cəmi iki həftə qalmasına baxmayaraq, bu dəfə sanki səssizlikdir.

Xatırladaq ki, Rusiya prezidenti Yerevanda keçiriləcək AİƏT sammitində iştirak etmək üçün Ermənistana gələcək. Üzv olmayan ölkələrin liderləri, o cümlədən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Sinqapurun Baş naziri Li Sien Lu və Moldova Respublikasının Prezidenti İqor Dodon da gələcək.

Siyasi şərhçilər Putinin səfəri ilə bağlı bir neçə ssenarini mümkün hesab edir. Birincisi, Putinin səfəri dövlət səfəri olacaq və burada uzun müddət qalacaq.

İkinci versiyaya görə, Putinin Ermənistana gəlməyi o qədər də istəmir, lakin AİƏT-in iclasında iştirak etməyə bilməz, buna görə münasibətləri gərginləşdirməməyi və oktyabrın 1-də cəmi 2-3 saat naharda iştirak etmədən qısamüddətli səfər etməyi üstün tutacağı qeyd edilir. Rəsmi məlumatlar hələ də qıt və qeyri-müəyyəndir.

Sentyabrın 5-də Ermənistan XİN müavini Şavarş Koçaryan Putinin səfərini təsdiqləyib.

11 sentyabrda isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bəyan edib ki, səfərin ləğvi ilə bağlı hələ hər hansı bir açıqlama verilməyib, ona görə də prezident Putin əvvəlki zirvə görüşlərində iştirak etdiyi kimi sammitdə iştirak edəcəkdir.

“Vladimir Putinin oktyabrda İrəvana səfərini gözləməliyik. Başqa məlumatım yoxdur ”, – deyə o bildirib.

Bununla yanaşı, erməni mediasında Putinin daha öncədən elan edilən səfərini ləğv edə biləcəyi ilə bağlı xəbərlər də yayılıb.

Rusiya prezidentinin protokolu və təhlükəsizlik personalının niyə Ermənistana gəlmədiyi ilə bağlı Ermənistan XİN mətbuat katibi Anna Nağdalyana sual ünvanlanıb.

“Zirvə toplanışına hazırlıq tərəfdaşlarla bərabər kifayət qədər vaxtdır ki, davam edir. Təhlükəsizlik və protokol məsələləri, adətən, belə nümayəndə heyətlərinin iştirakı ilə, bu cür zirvə görüşlərindən ən çox on gün əvvəl müzakirə olunur. Təcrübəmizdə, bu cür tədbirlərlə bağlı hazırlıq qrupları təyin olunan bir gündə əlaqəli mövzuları müzakirə etmək üçün birgə iclasa dəvət olunur. Bu addım artıq atılıb. Bir daha qeyd edim ki, hazırlıqlar təbii axarında davam edir”, – deyə o bildirib.

Xüsusən Artur Vanetsyanın Rusiya üçün məqbul bir fiqur sayıldığını nəzərə alsaq, Ermənistan MTX direktorunun istefası AİƏT sammitindən dərhal əvvəl nə dərəcədə məqsədəuyğun idi və bu addım Putinin səfərini ləğv etmək üçün əlavə bir təkan ola bilərmi?

“Düşünürəm ki, bunlar bir-biri ilə əlaqəli olmayan proseslərdir, amma zamanın üst-üstə düşməsi o deməkdir ki, bu proseslərin heç olmasa biri sürətlənib”, – deyə Yenokyan bildirib.

Erməni politoloq bildirib ki, Ermənistan hökumətinin dağılması sürətlənərsə, Qarabağ məsələsinin həlli prosesini də sürətlənəcək.

“Məlumdur ki, nə ABŞ, nə də Rusiya Paşinyanın indiki məqamda istefasını istəmir, çünki onlar Qarabağ probleminin həllinə daha uyğun Ermənistan liderini tapa bilməyəcəklər. Hökumətin dağılması sürətlənərsə, düşünürəm ki, Qarabağ məsələsinin həlli prosesini də sürətləndirəcəklər”, – deyə Yenokyan qeyd edib.

Rusiya siyasətinə yaxın politoloq, “Ermənistan politoloqları” birliyinin sədri Hmayak Hovhannisyan isə hesab edir ki, Putin səfərini ləğv etməyəcək, amma digər tərəfdən, hamısı Vanetsyanı kimin əvəz edəcəyindən asılıdır.

“Görək kimi təyin edəcəklər. Mümkündür ki, əgər erməni hakimiyyəti qəfldən Soros qrupundan birini təyin edərsə, səfərini təxirə salıb AİƏT-in iclasını Moskvaya keçirə bilər. Ancaq bunun sorosçu ola biləcəyini düşünmürəm, demək olar ki, bunu istisna edirəm. Bunu müvafiq addımlar müşayiət etməlidir, ancaq hələlik heç bir addım atılmayıb.Rusiya sərhədlərin nəzarətçisi, təhlükəsizliyin qarantıdır. Sərhəddi Rusiya qoruyur, bazaya Rusiya nəzarət edir, MTX direktoru necə “Sorosçu” ola bilər” -, deyə Hovhannisyan bildirir.

Onun sözlərinə görə, ErmənistanTəhlükəsizlik Şurasının katibi vəzifəsində bir “Sorosçu” var.

“Bu xaric edilir. Təsəvvür etmək çətindir. Rusiya ilə işləmək təcrübəsi olan insanlar olmalıdır” , – deyə o qeyd edib.

Əvvəllər Rusiya prezidenti gələndə yollar yoxlanılırdı, boşluqlar bağlanırdı, indi iki həftə qalıb, Rusiya prezidentinin protokol xidməti haradadır, nəsə dəyişib?

“Nəsə bir şey dəyişib. Bəli, Ermənistan daha təhlükəsiz vəziyyətə gəlib, cangüdənlər olmadan gəzmək olar”, – deyə politoloq zarafat edib.

Yeri gəlmişkən, dünən Vanetsyanın vəzifəsinə namizədin adı dolaşırdı, bu şəxs rusiyapərəst Ermənistanın sabiq Müdafiə naziri Vagharşak Harutyunyan ola bilər./Ordu.az/