Hollandiyada türk ailələrin evinə təhdid məktubları gəldi: “...AXIRINIZ ÇATAR”

Hollandiyada türk ailələrin evinə təhdid məktubları gəldi: “...AXIRINIZ ÇATAR”

Hurriyyet.org xəbər verir ki, Hollandiyanın Zaandam şəhərindəki türk ailələrin evlərinə islamofobiyalı ifadələr işlədilən təhdid məktubu göndərildiyi xəbəri yayılıb.

Hollandiya mətbuatının yazdığına görə, iki qonşu türk ailəsinin evinin giriş qapısında müsəlmanları təhqir edən bir yazı ilə xaç tapılıb.

Qırmızı boya ilə qaralanmış giriş qapısının qarşısına atılmış məktubda “Əgər bir məscidə getsəniz, axırınız çatar” və “Xərçəng müsəlman, öləsən” cümlələri yazılıb.

Yerli polisin mətbuat nümayəndəsi Vendi Boudevijn “Anadolu Agentliyi”nə açıqlamasında ailənin şikayətindən sonra istintaqın başladıldığını, lakin bu məktubu kimin yazdığının hələlik bilinmədiyini qeyd edib.

Hurriyyet.org

Loading...

QALEREYA