HƏQİQƏT ORTAYA ÇIXDI! - İŞİD-LƏ BAZARLIQ EDİRLƏR

  • 2019-01-24 14:26:01
  • |
  • Dünya /

HƏQİQƏT ORTAYA ÇIXDI! - İŞİD-LƏ BAZARLIQ EDİRLƏR

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın lideri olduğu koalisiya qüvvələri və YPG/PKK terror təşkilatı Suriyanın Deyr əz Zor vilayətində, Fərat çayının şərq sahilində kiçik bir məntəqədə sıxışıb qalmış İŞİD üzvlərinin təslim olması üçün təşkilatla danışıqlar aparırlar.

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ-ın liderlik elədiyi koalisiya qüvvələri və YPG/PKK terrorçuları Deyr əz Zorun Baqoz məntəqəsində sıxışıb qalan terror təşkilatı İŞİD ilə vasitəçilər vasitəsilə bazarlıq edir.

Koalisiya qüvvələri danışıqlar aparmaq üçün Fərat çayının şərqindəki hücumlara ara verib.

Minlərlə dinc vətəndaşın sıxışdırmış olduğu məntəqəyə dünən 7 tır humanitar yardımın daxil olmasına icazə verilib. 30 kvadrat kilometrik ərazidəki Baqoz məntəqəsində minlərlə dinc vətəndaş yaşayır.

Koalisiya məsələ ilə bağlı hələlik açıqlama verməyib

ABŞ-ın havadan, Fransanın qurudan top atəşləri ilə dəstək verdiyi YPG/PKK, 2018-ci il sentyabrın 11-də İŞİD-in Deyr əz Zordan tamamilə çıxarmaq üçün hücumlara başlayıblar.

Hazırda İŞİD Suriyada yalnız Baqoz bölgəsində qalmaqdadır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA