“Hücumun hədəfi qlobal neft nəqlidir” - SƏUDİYYƏDƏN AÇIQLAMA

  • 2019-05-15 13:16:24
  • |
  • Dünya /

“Hücumun hədəfi qlobal neft nəqlidir” - SƏUDİYYƏDƏN AÇIQLAMA

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının Nazirlər Kabineti neft boru xəttinə qarşı dron hücumlarının qlobal neft nəqlini hədəfə aldığını bildirib.

“Uoll Strit Cornel” (The Wall Street Journal) nəşrinin yaydığı xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanının Nazirlər Kabinetinin iclasının ardından verilən açıqlamada Aramko (ölkənin “Saudi Aramco” milli neft şirkəti) neft boru xəttinin iki stansiyasına dronlar vasitəsi ilə bomba atıldığı hücumların yalnız Səudiyyə Ərəbistanını deyil, eyni zamanda qlobal neft nəqli təhlükəsizliyini və dünya iqtisadiyyatını hədəfə aldığı bəyan edilib.

Açıqlamada həmçinin, Yəməndəki “İran dəstəkli Husilərə” də işarə edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA