Hüseyn Abdullayev aclıq aksiyası keçirir? - RƏSMİ AÇIQLAMA

Hüseyn Abdullayev aclıq aksiyası keçirir? - RƏSMİ AÇIQLAMA

“Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevin aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir”.

Hurriyyet.org xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, H.Abdullayev hazırda heç bir aclıq aksiyası keçirmir.

M.Sadıqov onu da əlavə edib ki, Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi haqqında deyilənlər də həqiqəti əks etdirmir: “Taleh Bağırov aclıq aksiyası keçirmir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA