Hüseynqulu Sarabskinin 140 illiyi qeyd olunacaq

Hüseynqulu Sarabskinin 140 illiyi qeyd olunacaq

2019-cu ilin martında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.

Hurriyyet.org xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə görkəmli sənətkarın 140 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA