Husilər Yəməni parçalamağa çalışan BƏƏ-ni təhdid etdilər: “HƏDƏF SAHƏMİZƏ DAXİLSİZİN”

Husilər Yəməni parçalamağa çalışan BƏƏ-ni təhdid etdilər: “HƏDƏF SAHƏMİZƏ DAXİLSİZİN”

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanındakı böyük neft müəssisələrinin vurulmasının məsuliyyətini öz boynuna götürən Husilər Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı bəyanat yayıblar.

Yəməndə döyüşən və İran dövləti tərəfindən dəstəklənən Husilərin  mətbuat nümayəndəsi Yəhya Sarya deyib: “Əmirlik rejimi, sizə deyirik, tək bircə əməliyyatımızı sizə çox baha başa gələ bilər. Peşman olarsınız. Bəli, komandanımız qarşıdakı günlərdə və ya həftələrdə silahlı qüvvələrimizə belə bir əmr verərsə, peşman olarsınız. Bu gün ilk dəfə açıqlayırıq: BƏƏ sərhədlərində, əhatə sahəmizin içərisində olan onlarla hədəfimiz var. Bu hədəflərdən bəziləri Əbu Dabidədir  və hər an hücum edə bilərik”.

Bəlli olduğu kimi, Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənubi Keçid Şurası ölkənin cənubunda federal müstəqil dövlət qurmaq kimi separatçı iddialarla ölkəni parçalamağa çalışır.

Husilərin  mətbuat nümayəndəsi Yəhya Sarya Yəməndə onlara qarşı vuruşan BƏƏ-dəki bir çox məntəqəni aşkar elədiklərini və hədəf kimi müəyyənləşdirdiklərini deyərək əlavə edib: “Bu gün silahlı qüvvələrimiz rekord müddət ərzində Pilotsuz Uçuş Aparatı istehsal edə bilər. Silahlı qüvvələr hər gün bir dron istehsal edə bilmək gücünə malik olduğunu isbat edib. BƏƏ-nin hücumlarına cavab verməkdən çəkinməyəcəyik. Hücum edən  ölkələrin sərhədləri içərisindəki bütün qanuni hədəflərə qarşı addım atmaq hüququmuzdan istifadə edəcəyik”.

Hurriyyet.org