İcra hakimiyyətindən "X-Lady"dəki yanğınla bağlı AÇIQLAMA

İcra hakimiyyətindən "X-Lady"dəki yanğınla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyunun 23-ü səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində yanğın baş verib.

Nizami Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, mağazanın yerləşdirdiyi binada yanğının haradan başlaması müəyyən olunub:

"İlkin versiyaya görə, orada mağazanın yerləşdiyi hissədə yanğın olmayıb. Yanğın server otağında baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırmanın yekununda tam açıqlama veriləcək. Hələ ki sahibkarlara dəyən zərərlə bağlı Nizami RİH-ə müraciət yoxdur."/Unikal.org/