“İdlibdəki vəziyyət Türkiyənin təhlükəsizliyi üçün təhdiddir” – Ərdoğan Putinlə telefonla danışdı

“İdlibdəki vəziyyət Türkiyənin təhlükəsizliyi üçün təhdiddir” – Ərdoğan Putinlə telefonla danışdı

Hurriyyet.org xəbər verir ki, bu gün Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı olub.

Türkiyə prezidentinin mətbuat xidməti bildirib ki, Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında iki ölkə arasındakı münasibətlər, həmçinin, Suriya və Liviyadakı vəziyyət müzakirə edilib.

Ərdoğan Putinə söyləyib ki, İdlibdə atəşkəs rejimini pozmuş Əsəd ordusunun hərəkətləri, regionda yeni humanitar böhrana səbəb olub.

Türkiyə prezidenti bəyan edib ki, İdlibdəki döyüşlər problemin dinc yolla nizama salınmasına zərər vurur və Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA