II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - BU TARİXDƏ

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - BU TARİXDƏ

İyulun 7-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Hurriyyet.org-a verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz