İŞİD Kərkükə hücum etdi - ÖLƏNLƏR VAR

  • 2019-05-16 12:04:01
  • |
  • Dünya /

İŞİD Kərkükə hücum etdi - ÖLƏNLƏR VAR

Hurriyyet.org xəbər verir ki, İŞİD terror təşkilatı İraqın Kərkük şəhərində iki ayrı məntəqədə polis qüvvələrinə hücum edib. Nəticədə 6 nəfər polis işçisi həlak olub.

Birinci hücumda, Kərkükün cənubundakı Riyad qəsəbəsinin Aleviye kəndinin yaxınında polis patrul dəstəsindən olan 4 nəfər polis pusquya salınaraq, avtomat silahlardan açılan atəş nəticəsində öldürülüb.

Kərkükün Rəşad qəsəbəsindəki Telsuse kəndinin yaxınlığındakı hücumda isə 2 polis həlak olub.

Hücumların baş verdiyi bölgələrdə genişmiqyaslı əməliyyatlar başlanılıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA