İŞİD qurbanlarının kütləvi məzarlığı tapıldı: 50 QADINI QƏTLƏ YETİRİBLƏR!

  • 2019-03-09 11:46:11
  • |
  • Dünya /

İŞİD qurbanlarının kütləvi məzarlığı tapıldı: 50 QADINI QƏTLƏ YETİRİBLƏR!

Hurriyyet.org xəbər verir ki, İŞİD terror təşkilatının Suriyadakı son qalası olan Baqoz məntəqəsində Səncardan qaçırıb gətirilən 50 nəfər yezidi qadını təhqir etdikdən sonra öldürdüyü aşkara çıxıb.

Suriyada İŞİD terror təşkilatının son məntəqəsi olan Baqozda yezidilərin basırıldığı kütləvi məzarlıq aşkara çıxıb. Məzarda bu yaxınlarda qətlə yetirilmiş 50 nəfər yezidi qadının cəsədi tapılıb. Onları başlarını kəsərək qətlə yetiriblər.

İraqın Köç və Köçkünlər naziri Nofel Baha Musavi, İraq vətəndaşı olan 50 nəfər yezidi qadının İŞİD tərəfindən edam edildiyi barəsində məlumatları olduğunu bildirib. Musavi, qadınların sümüklərinin İraqa aparılacağını bidirib

Minlərlə insanı qaçırıb öldürüblər

İŞİD 2014-cü il avqustun 3-də yezidilərin çıx yaşadıqları, 450 min əhalisi oan Səncar rayonuna ağır silahlarla hücum edərək şəhəri və kəndləri ələ keçirmişdi. İŞİD Səncara hücumu zamanı minlərlə yezidini qaçırmış, əksərini də öldürmüşdü.

BMT və İraq İŞİD-in yezidilərə qarşı soyqırımı apardığını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA