İŞİD SİNAYA NECƏ SIZIR? – Terror təşkilatı ABŞ-ın nəzarətindəki bölgələrlə hərəkət edir - ARAŞDIRMA

İŞİD SİNAYA NECƏ SIZIR? – Terror təşkilatı ABŞ-ın nəzarətindəki bölgələrlə hərəkət edir - ARAŞDIRMA

Hüseyn M.əl-Kabani (Misir)

“Anadolu” Agentliyi, Türkiyə

Misir iki ay içində terror təşkilatı İŞİD-in izini daşıyan üç böyük terror hücumuna məruz qalıb. Həmin hücumların İŞİD ünsürlərinin Suriya və İraqda məğlubiyyətə uğradığı və bu terrorist qrupların olduqları bölgələrdən ABŞ nəzarətində dünyanın, aralarında Sina yarımadasının da olduğu, müxtəlif bölgələrinə daşınmasıyla paralel olması diqqət çəkib.

Misir prezidenti Əbdülfəttah əl-Sisi 24 oktyabrda ölkənin qərbindəki Vahat bölgəsində Suriya və İraqdan qaçan İŞİD ünsürlərinin 16 polis məmurunun ölümünə səbəb olduqlarını 4 gün sonra açıqlamışdı. Sisi bir televiziya kanalında etdiyi çıxışında “Suriya və İraqda İŞİD-ə qarşı əldə edilən uğurdan sonra bölgədən ayrılan bu terrorist ünsürlər Liviya, Misir, Sina və Qərbi Afrika bölgələrinə gedə bilər” demişdi.

Keçən ay Suriya və İraqda İŞİD-in məğlubiyyətinin elan edilməsinin ardından, media və mətbuat orqanları “Raqqa bazarlığı” adı altında gizli anlaşmanı üzə çıxardı.

Bu anlaşmaya görə, aralarında PYD/PKK-nın da olduğu Suriya Demokratik Gücləri ilə İŞİD arasında keçirilən görüşlər nəticəsində təhlükəsiz çıxışları üçün 250-yə qədər İŞİD-li ailələriylə birlikdə Raqqadan dünyanın başqa bölgələrinə daşınıb. Raqqadan təhlükəsiz çıxışın və başqa bölgələrə daşınmanın Amerikanın nəzarətində həyata keçirildiyi də bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da 05 dekabr 2017-ci il tarixdəki çıxışında ABŞ sponsorluğunda Raqqadan çıxarılan İŞİD-li terroristlərin Misirə yollandığını bildirərərk, bunların Sina səhralarında istifadə ediləcəyi haqqında xəbərdarlıq etmişdi.

Radikal təşkilatlarla bağlı tədqiqat aparan mütəxəssislər və təhlilçilər, bu “Raqqadan qaçış və Sinaya sızma əməliyyatı”nın üç fərqli marşurut üzərindən həyata keçirilməsi üzərində dururlar. Mütəxəssislər bu durumu qısaca olaraq,“İordaniya üzərindən – vadi və səhra yollarından ötdüyü, hava əməliyyatı ilə Sinaya gizlicə endirmə həyata keçirildiyi, ya da Sina sahillərindən sızaraq yarımadaya çıxıldığı” şəklində şərh edirlər.

25 noyabr 2017-ci ildə Sinanın Arış şəhərindəki Ravda məscidində 315 adamın ölümünə səbəb olan hücumun arxasında İŞİD-in olması Misir Daxili İşlər Nazirliyi tərəfindən qeyd edilmişdir. Bundan əlavə, Misir Daxili işlər nazirinin Şimali Sina Vilayətinə etdiyi ziyarət zamanı hava limanına “Kornet” raketilə hücum edilməsi İŞİD-in ABŞ-la əlaqələrinə dair şübhələri gücləndirib.

Radikal qruplar sahəsində mütəxəssis olan Kamal Həbib mətbuata verdiyi açıqlamasında “Təşkilat (İŞİD) bu raketi ABŞ-ın müəyyən dövrdə Suriyada dəstəklədiyi qrupdan alıb” deyərək, ABŞ-ın PYD/PKK terror qrupuna verdiyi dəstəyə işarə edib.

ABŞ-ın təklifləri

Misirin prezident administrasiyasına bağlı olan Mətbuat Reklam Agentliyinin başçısı Dıya Ravşan mətbuata verdiyi açıqlamada Sinaya yönəlik əməliyyatla bağlı narahatlıqlarını dilə gətirmişdi.

19 dekabr 2017-ci il tarixdə “New York Times”da amerikalı iki sabiq vəzifəli şəxsin adından nəşr edilən məqalədə “Qahirənin, Sinada üsyana qarşı mübarizə üsulu ilə əlaqədar olaraq, Misir silahlı qüvvələrinə təlim verilməsilə bağlı Amerikanın verdiyi təklifləri nəzərə almadığı” vurğulanıb.

Bu məqalənin ardından açıqlama verən Ravşan, Amerikanın Sinanı beynəlxalq təhlükəsizlik qurumlarının nəzarətinə verməyi arzuladığını, bu arzuyla Sinada yüksələn zorakılıq və terror arasında əlaqə olduğunu bildirib.

Sinaya gedən üç yol

Təhlükəsizlik mütəxəssisi Safvet Zeyyat, “Anadolu” Agentliyinin müxbirinə İŞİD-in Sinaya sızmasının mümkün ola biləcəyini söyləyib.

İŞİD-in Sinaya sızma gücündən bəhs edən Zeyyat, onun bir dövrdə İraqın Ənbar vilayətində nə qədər güclü olduğunu, bununla birlikdə, İraq, Suriya, İordaniya və Səuduyyə Ərəbistanının qonşu olduğu səhra bölgəsinə sızaraq yürütdüyü əməliyyatları xatırladıb.

Sinaya səhra üzərindən keçişin tək yol olmadığını bildirən Zeyyat, Sina yarımadasının sahillərinin buna həddindən artıq uyğun olduğunu ifadə edib.Zeyyat, Sina sahillərinin hərbi qayıqlarla, ya da ticarət gəmilərilə hər cür insan çıxarmaya (desant çıxarma – tərc.) uyğun olduğunu dilə gətirib. O, turizmin inkişafını istəyən Misir hakimiyyətinin təhlükəsizlik sahəsində həssaslığını bilən İŞİD ünsürlərinin buna rəğmən, hava yollarından istifadə edəcəklərinə ehtimal vermədiyini bildirib.

Zeyyat, İŞİD-in sadəcə Sinaya diqqət vermədiyini vurğulayaraq, təşkilatın özünü formalaşdıra bilməsinə və geniş bir dəstəyinin olduğuna işarə edərək, bunları bildirib: “Təşkilatın Sinadan başqa, hərəkət edə biləcəyi daha uyğun sahələr var. Sina açıq bir sahəyə sahib olduğuna görə, təşkilat orada rahat şəkildə hərəkət edə bilməyəcək. Yenə də Misirə və Şimali Afrikaya bəzi sızmalar olacaq. Suriyada, Amerika və Rusiyanın nəzarətində olan bölgələrdə təşkilatın hərəkət etməsinə izn verilməsi məsələsində iki ölkə arasında qarşılıqlı ittiham var”.

Beynəlxalq və regional əməkdaşlıq

İŞİD ünsürlərinin Sinaya keçişinin çox aydın olmadığını dilə gətirən ehtiyatda olan general-mayor Tələt Müslim də çox zaman bunun vəzifəli şəxslərin nəzarəti altında olduğunu, beləliklə, döyüşçülərin təhlükəsizlik qüvvələri tərəfindən məhdud səviyyədə təhlükəsizliyi təmin edilən və tərk edilmiş yolları seçdiyini bildirib.

Silahlı döyüşçülərin Misirə çatmaq üçün Aralıq dənizi, Qırmızı dəniz, ya da Liviya və Sudan üzərindən sızmağı sınayacağını dilə gətirən Müslim, onların ölkəyə girmələrinin ardından Sinaya girməyə çalışacaqlarının və bunun asan bir iş olmadığının altını cızıb.

Müslim (adını vermədiyi) bəzi ölkələrə aid kəşfiyyat qurumlarının bəzən siyasi rəhbərliyin nəzarəti xaricində rol oynadığını, beləliklə, döyüşçülərin Sinaya gəlib çatmasını asanlaşdırma məsələsində də regional və beynəlxalq əməkdaşlığı istisna etmədiyini dilə gətirib.

İfratçı və zorakılıq tərəfdarı hərəkatlar üzrə mütəxəssis, tədqiqatçı-yazar Əhməd Mövlanə də Misir və Suriya arasında terrorist qrupların Sinaya sızmalarına izn verəcək bir yolun olmadığını söyləyərək, onların Sudan və Liviya üzərindən quru yoluyla gəlmələrinin mümkün olmadığını dilə gətirib.

Mövlanə, terror təşkilatı İŞİD-in döyüşçülərinin Sinaya sızmalarını təmin edəcək tək marşurutun ölkəyə turist olaraq gəlib, bölgəyə səyahət etmək olduğunu qeyd edib.

Tərcümə Strateq.az-ındır

Loading...

QALEREYA