Şikayəti olan var? - Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Şikayəti olan var? - Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 23 Yanvar 2019-cu il tarixində saat 11:00-da İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Nazirliyin Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, nazir İmişli, Beyləqan, Saatlı və Sabirabad rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA