İki aydır ki, xəbər yoxdur! - Şahzadə Salman ÖLDÜRÜLDÜMÜ?

  • 2019-04-19 12:25:36
  • |
  • Dünya /

İki aydır ki, xəbər yoxdur! - Şahzadə Salman ÖLDÜRÜLDÜMÜ?

Hurriyyet.org xəbər verir ki, paytaxt Riyad şəhərində Səudiyyə Ərəbistanının kralı Salman ilə İraqın baş naziri Adil Əbdül Mehdi arasındakı görüşdə vəliəhd şahzadə Məhəmməd bin Salman iştirak etməyib.

Şayiələrə görə, Misir səfəri zamanı ortaya çıxan “sui-qəsd” iddiasından sonra, ata ilə oğulun münasibətləri pisləşib, kral Salman oğlunu “silib”. Ölkə mətbuatında iki aydır ki, ictimaiyyət görünməyən şahzdə Salmanın öldürülmə ehtimalından bəhs edilir.

Görüşdə kral məhkəməsi üzvləri və biznesmenlər olan şahzadələr, nazirlər və digər vəzifə sahibləri iştirak eləsə də, təkcə Məhəmməd bin Salman orada olmayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 3 Asiya ölkəsi olan Pakistan, Hindistan və Çinə 18-22 fevral tarixlərində etdiyi səfərlərdən sonra bir daha cəmiyyət içərisində görünməyib.

Oğul ilə ata arasında böhranın Misir səfəri zamanı ortaya çıxdığı bildirilir. 24-25 fevral tarixlərində Misirdə Ərəb-Avropa İttifaqı sammiti keçirilirdi. Kral Misirdən geri qayıdarkən onu qarşılayanlar arasında oğlunun olmaması onlar arasında konflikt olduğunun işarəsi kimi qəbul edilmişdi. İngiltərənin “Qardian” qəzeti vəliəhd şahzadənin yüksək səviyyəli hökumət və dilomatik görüşlərdə iştirak eləmədiyini və iqtisadi məsələlərdəki bəzi vəzifələrinin əlindən alındığının iddia edildiyini yazmışdı. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın xüsusilə iqtisadiyyat və maliyyə sahəsində qərar vermək səlahiyyətinin də kral Salman tərəfindən əlindən alındığı irəli sürülmüşdü. Ata-oğul arasında böhran baş verməsi iddialarından sonra iki aydır ki, şahzadədən bir xəbər yoxdur.

Saray mənbələri isə səudiyyəli jurnalist Camal Kaşıkçının İstanbuldakı Səudiyyə konsulluğunda qətlə yetirilməsindən sonra Səudiyyə hakimiyyətinə qarşı ittihamları və təzyiqləri azaltmaq üçün oğlunun ictimaiyyət qarşısına çıxmasını qadağan elədiyini irəli sürürlər. Bəzi mənbələr isə, vəliəhd şahzadənin kralla məsləhətləşmədən özbaşına aldığı qərarların böyük etiraza səbəb olduğunu bildirirlər. Bu qərarlara ilk növbədə, ABŞ və İsrail ilə yaxınlaşma, Qətərin izolyasiyası, Yəməndə müharibə və ölkədə xalqın etirazlarına rəğmən, bəzi islahatları həyata keçirmək gəlir. Həmçinin, vəliəhd şahzadənin müsəlmanların qibləsi olan Kəbənin üzərinə çıxması da böyük etiraza səbəb olmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA