İki deputat komitədən çıxarıldı, yerinə üçü gətirildi

İki deputat komitədən çıxarıldı, yerinə üçü gətirildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Hurriyyet.org xəbər verir ki, Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılıb.

Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Həmin deputatların namizədliyi səsverməyə çıxarılaraq komitə üzvü seçiliblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA