İki qırıcısı havada toqquşdu

İki qırıcısı havada toqquşdu

Qətərin Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb.

Hurriyyet.org xəbər verir ki, qəza iki qırıcının havada toqquşması nəticəsində baş verib.

Məlumata görə, qəza nəticəsində xəsarət alan və ölən olmayıb. Belə ki, pilotlar zamanında təyyarəni tərk edə biliblər.

Qırıcıların hansı səbəbdən toqquşması barədə isə məlumat açıqlanmır. Hadisə ilə bağlı araşdırmaya başlanılıb./trend/