“İki uşağımı zorla məndən ayırıb, girov saxlayırlar” - Əri rəhmətə gedən qadın Birinci vitse-prezidentdən kömək istəyir

“İki uşağımı zorla məndən ayırıb, girov saxlayırlar” - Əri rəhmətə gedən qadın Birinci vitse-prezidentdən kömək istəyir

Afət Fərəcullayeva baldızı və qaynı tərəfindən evindən qovulduğunu iddia edir

Xəzər rayonu, Qala qəsəbəsi, “Zeytun bağları” yeni yaşayış massivində yaşayan Fərəcullayev Səfa Vəzir oğlu və Fərəcullayeva Afət Vəzir qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazır:

“Mən, Şəfa Fərəcullayev əvvəlcə bildirmək istəyirəm ki, bacım Afət Fərəcullayeva 1996-cı ildən İsgəndərov Rasim Xanəkbər oğluilə ailə həyatı qurmuş və iki övladı olmuşdur. 5-6 ildən sonra Rasim xəstəlikdən vəfat etmişdir. Rasimin vaxtilə işlədiyi Zeytun Sovxozu tərəfindən ona ev tikintisi üçün verilmiş torpaq sahəsində iki otaqlı ev tikib ailəsilə yaşamışlar.

Çox təəssüflər olsun ki, Rasim rəhmətə gedəndən sonra onun bacısı Vəzixanım İsgəndərova və qardaşı Rais İsgəndərov bacım Afəti yetim uşaqlarla birlikdə yaşadıqları evdən qovmaq üçün müxtəlif təzyiqlər göstərmişlər. Lakin bu plan baş tutmadıqda onlar Afəti iki uşaqdan zorla məhrum edərək, onları yaxınlıqda yaşayan Vəzixanımın evində anadan ayırararq zorla girov saxlamışlar. Məqsəd bu olub ki, ana tək qalsın və bezib evi tərk etsin.

Ailə bşçısını itirdiyinə görə dövlətin onlara ayırdığı və Afət Fərəcullayevanın adına verilmiş təqüd kartını 10 ildir ki, ələ keçirib, pullar baldız Vəzixanım tərəfindən mənimsənilmişdir. Evin sənədlərini vermirlər ki, Afət hər hansı formada bu mülkdən istifadə edə bilməsin.

Atamgıl tərəfindən və eləcə də biz qardaşlar köməkləşib bacımız Afətə bir sıra yardımlar etmişik ki, təki evində babat yaşaya bilsin. Atam Vəzir kişi neçə dəfə Afətə dolanmaq üçün yanı balalı sağılan mal vermişdir. Lakin baldız və qayın Afətin evdə olmadığından istifadə edərək heç bir razılıq olmadan mal-qaranı özbaşına 2500 manata satıb, pulun yarsını mənimsəmişlər. Qalan verdikləri pulu da yenidən qaynı Rais gəlib 2018-ci ilin ortalarında Afətdən borc adı ilə 400 manat alıb getmişdir. 10 aydır ki, qaytarmır. Pulu gəlib məcbur alıb ki, guya Afətin oğlunu hərbi xidmətdən qurtaracaqmış.

İndi də qaynı Rais Afətə hədə-qorxu gəlir ki, onun yaşadığı evin yanındakı boş torpaq sahəsi guya onundur. Və burada öz oğluna zorla ev tikmək istəyir, Afətin razılığı olsa da, olmasa da. Baldızı isə Afəti evdən çıxmasını tələb edir ki, evi ələ keçirib satsınlar. Bacım afətə göstərilən bu təzyiqlərə rəğmən bildirmək istəyirəm, bütün qonşular da yaxşı bilirlər ki, onlar kimdirlər, biz kimik. İş o yerə çatmışdır ki, baldız-qayın orta məktəbə gedib uşaqları anası Afətlə görüşməyə qoymurdular. Müəllimlərin etirazına baxmayaraq onlar öz “qanunlarını” tətbiq edir və uşaqları öz anası olan evə deyil, birbaşa bibisi Vəzixanımın evinə gəlməyə məcbur edirdilər. Onlar imkan vermirlər ki, ana gəlib öz uşaqları ilə bir dəfə də olsun görüşə bilsin. Əksinə son illər özləri Afətin yaşadığı evə basqın edərək təzyiq və tisrlər etmiş, döymüş və evdən dərhal çıxıb getməsini tələb etmişlər.

Mən bir qardaş olaraq Afətin olduğu yerə yaxın ərazidə yaşadığıma görə hər dəfə gəlib bacıma kömək edə bilmirəm.

Hörmətli Mehriban xanım!

Siz uzun müddət Xəzər rayonundan millət vəkili olaraq həmişə bizi kimi sadə insanlara köməklik etmisiniz. Bir daha Sizdən xahiş edirik ki, Afət Fərəcullayaevaya uzun müddət qaynı və baldızı tərəfindən göstərilən qanunsuz təzyiqlərin qarşısının alınmasına, ona vurduqları maddi ziyanın ödənilməsinə (Afətin adına olan pensiya kartından 10 il istifadə etdikləri pulların geri qaytarılmasına) ələ keçirdikləri ev və torpağın sənədlərinin geri qaytarılmasına, girov saxladıqları uşaqların ana ilə görüşməsinə imkan verilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.

Daxili İşlər nazirindən də xahiş edirəm ki, mən Səfa və Afət Fərəcullayevanın təhlükəsizliyinin təmin olunması üçün lazımi tapşırıq verəsiniz”.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA