İlbiz yedi, 3 il komada qaldı – BƏDƏNİNDƏ QURDLAR YARANDI

İlbiz yedi, 3 il komada qaldı – BƏDƏNİNDƏ QURDLAR YARANDI

Avstraliyada reqbi oyunçusu Sem Ballardın həyatı 2010-cu ildə kabusa çevrilib.

Medicina.az-ın xarici mediaya istinadən xəbərinə görə, qatıldığı bir doğum günü partisindən sonra idmançının həyatı dəyişib. O, partidə dostları ilə mərcə girib çılpaq ilbiz yeyib. Həmin vaxt 19 yaşı olan idmançı bir neçə gündən sonra mədəsində şiddətli ağrılar hiss edib.

Həkimə mürəciət edən Sem eşitdiklərindən dəhşətə gəlib. Yediyi çılpaq ilbizdən orqanizmində ağciyər qurdu yaranıb.

Sem az müddət keçdikdən sonra komaya düşüb. Xəstəlik gəncin beyninə ciddi ziyan vurub. 3 il ərzində komada qalan oğlan ayılanda beldən aşağısını hiss etmirdi. O, bu vəziyyətdə bir neçə il yaşayır, lakin 28 yaşında ölüb.

 

 

 

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA