Zəlzələdən zərərçəkənlər üçün yeni binanın təməli qoyuldu - YENİLƏNİB

Zəlzələdən zərərçəkənlər üçün yeni binanın təməli qoyuldu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

Hurriyyet.org xəbər verir ki, dövlət başçısı yeni binanın təməlini qoyub.

Sonra inşaatçılarla xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət edilbər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.

Sonra dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış olublar, ev sahibləri ilə söhbət ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna səfərə gediblər.

Hurriyyet.org xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA