İlham Əliyevlə Paşinyan arasında görüş oldu

İlham Əliyevlə Paşinyan arasında görüş oldu

Azərbaycan prezidenti İlham Əliyev Erməniastanın baş naziri Nikol Paşinyanla görüşüb.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, görüş Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir zamanı gerçəkləşib.

Görüş barədə Paşinyan jurnalistlərə belə məlumat verib:

“Biz cənab Əliyevlə şam yeməyi zamanı qısa söhbət etdik. Bu, Dağlıq Qarabağdakı hazırkı ümumi vəziyyət barəsində söhbət idi”.

İlham Əliyevlə gələcək görüş planları ilə bağlı suala isə Paşinyan "hələlik konkret plan yoxdur” deməklə cavab verib.

“Əminəm ki, danışıqlar prosesi davam etməlidir və indi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmaq çox vacibdir. Qarabağın iştirakı olmadan münaqişənini həllinə nail olmaq mümkünsüzdür”- deyə Paşinyan bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA