​İlhamə Quliyevanın oğlunun adı keçən işdə "vəkil" yoxa çıxdı - AXTARIŞA VERİLİB

​İlhamə Quliyevanın oğlunun adı keçən işdə "vəkil" yoxa çıxdı - AXTARIŞA VERİLİB

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edib. Onlardan biri özünü vəkil kimi təqdim edərək vətəndaşları aldadıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynov və Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Onlar barəsində axtarış elan edilib. Etibar Hüseynov hələ də axtarışdadır. O, ev dustaqlığında olduğu zaman məhkəmənin çağırışlarına məhəl qoymayıb. Məhkəmə onun barəsində axtarış elan edib.

Çingiz İsmayılov isə həbs edilib və onun barəsindəki cinayət işi ayrıca icraata verilib. Bu gün məhkəmə onun barəsində hpkm çıxarıb. Hökmə əsasən Ç.İsmayılov şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Etibar Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

E.Hüseynov bundan başqa təqsirləndirilən Çingiz İsmayılovla qabaqcandan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər.

Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan Qərib Məmmədovun atası Vəli Məmmədovdan 22 min manat alıblar.

E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxamasını təmin edəcəyini vəd edərək Vəli Məmmədovu aldadıb.

İttihamda yazılır ki, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib.

O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Zəhra Məmmədovadan 18 600 manat alıb.

E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan Ağatahir Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmədiklərini deyiblər.

Zərərçəkmişlərdən Zəhra Məmmədova ifadəsində deyib ki, qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və vəkil kimi Etibar Hüseynovla danışıq apardıqlarını deyib.

Zəhra Məmmədova Etibar Hüseynovu qardaşı oğlunun tanışı vasitəsi ilə tanıdığını deyib:

"Qardaşımın oğlu İlhamə Quliyevanın oğlu Orxanın sürücüsü idi. Biz də Etibarı Orxan vasitəsi ilə tanımışıq. Bir neçə dəfə bizə gəlib. Nəvəsinin canına and içirdi. Birinci dəfə gələndə 5 min verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Məhkəməyə gedirdik. Amma o, içəri girmirdi. Binadan içəri keçib sonra da harasa gedirdi. Bizi də belə aldadırdı"./musavat.com/

Loading...

QALEREYA