İlqar Məmmədov müxalifətçiləri tənqid etdi: "Mənə qarşı təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik..."

İlqar Məmmədov müxalifətçiləri tənqid etdi: "Mənə qarşı təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik..."

REAL partiyasının sədri İlqar Məmmədov müxalifətçiləri tənqid edib.

Hurriyyet.org xəbər verir ki, İ. Məmmədov qeyd edib ki, 8 aydır ona qarşı təbliğat aparılır:

"Üstümə mənəvi hücumlar təşkil edən "inqilabçı"ları anlamadım: İlham Əliyev mitinqə 4 dəfə icazə vermədisə inqilab etməyəcəksiniz? Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz: 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır. seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm.".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA