İlqar Rəhimov Qarabağ Qazilərini Avropa Çempionatına göndərmədi - QALMAQAL - FOTO

  • 2019-02-21 11:03:24
  • |
  • İdman /

İlqar Rəhimov Qarabağ Qazilərini Avropa Çempionatına göndərmədi - QALMAQAL - FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov paralimpiyaçılardan ibarət voldeybol komandasını Beynəlxalq yarışa göndərməyib.

Hurriyyet.org bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Xorvatiyanın Poreç şəhərində Oturaq Voleybol üzrə lisenziya xarakterli yarışa start verilib. Yarışda Avropa Çempionatında iştirak üçün lisenziya uğrunda 7 komanda arasında mübarizə aparılacaq. 10 illik təcrübəyə malik Azərbaycan Milli Komandasının da iştirakı nəzərdə tutulub.Lakin sonradan AMPK-ın prezidenti İlqar Rəhimov paralimpiyaçılarıa heç bir səbəb göstərmədən yarışa göndərməkdən imtina edib. İlqar Rəhimov 2017-ci ildə də paralimpiyaçılardan ibarət voldeybol üzrə milli komandanı Avropa çempionatına göndərməyib. Komandanın iştirak etməməsinə görə komandamız 5000 avro cərimə edilib. 2018-ci ildə də AMPK rəhbərliyi Koreyada keçirilən Dünya çempionatına da idmançıları göndərməkdən imtina edib.

Qeyd edək ki, paralimpiyaçılardan ibarət Voldeybol üzrə Milli Komandanın 12 üzvündən 9-u Qarabağ qazisidir.

İlqar Rəhimov Qarabağ Qazilərini Avropa Çempionatına göndərmədi -QALMAQAL (FOTO)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA