“İŞLƏYƏ BİLMƏZ” SƏNƏDİNİ VERİB, ŞÖBƏ MÜDİRİ TƏYİN ETDİLƏR! - Əmək nazirliyindən şikayət - FOTO

  • 2019-04-11 10:05:04
  • |
  • Sosial /

“İŞLƏYƏ BİLMƏZ” SƏNƏDİNİ VERİB, ŞÖBƏ MÜDİRİ TƏYİN ETDİLƏR!  - Əmək nazirliyindən şikayət - FOTO

“Yazaraq bildirirəm ki, Dövlət İmtahan Mərkəzinin 27 noyabr 2018-ci il tarixdə elan etdiyi müsahibədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit Şöbəsinə müdir vəzifəsinə keçmiş Heybət İmanov 2-ci qrup əlil olmaqla, qabarıq yaddaş pozğunluğu, idrakın enməsi, vestibülyar pozuntuları olan və radikulopatiyadan əziyyət çəkən xəstədir”. Bunları “AzPolitika.info”ya İmişli şəhəri, P.Həsənov 50 ünvanda qeydiyyatda olan Əhmədov Bəhruz Xosrov oğlu yazıb.

Heybət İmanovun 2-ci qrup əlil olduğunu, yalnız xüsusi şəraitdə əmək fəaliyyətilə məşğul ola biləcəyini göstərən sənədin surətini də redaksiyamıza göndərən B.Əhmədov, daha sonra yazır: “Həmin xəstəliyin müalicəsi və reabilitasiyası hələ elmə məlum deyil. Qeyd edim ki, nazirliyin saytından əldə olunan rəsmi çıxarışda bu adamın əmək qabiliyyəti olmadığı qeyd olunub. Lakin bunun əmək qabiliyyəti olmadığı və 2-ci qrup əlilliyi olduğu halda, guya bu adam imtahan verib. Bunun bir izahı varmı? Əmək Məcəlləsinin tələblərinə riayət edilməsinə nəzarət etməli olan nazirlik, necə olub ki, əlilliyi olan və nazirliyin saytından rəsmi çıxarışda göstərildiyi kimi, əmək qabiliyyəti olmayan adamla əmək müqaviləsi bağlayıb? Əmək qanunvericiliyinin pozulmasına nəzarət etməli olan qurum, niyə özü qanunu pozaraq əmək müqaviləsi bağlayıb?

IMG_1593

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Heybət İmanovun imtahan nəticələrinin ləğvini tələb edirəm. Ərizələrimin bir nüsxəsini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərimişəm. Xahiş edirəm təbdir görəsiniz”.

Qeyd olunanlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Heybət İmanovun da mövqeyini işıqlandırmağa hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA