“Şimal Axını-2” tamamlanmaq üzrədir – Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql ediləcək

“Şimal Axını-2” tamamlanmaq üzrədir – Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql ediləcək

Hurriyyet.org xəbər verir ki, “Qazprom” idarə heyətinin başçısı Viktor Zubkov Rusiya qazını Almaniyaya nəql edəcək “Şimal Axını-2” təbii qaz boru xəttinin inşaatının təqribən bir ay sonra tamamlana biləcəyini bildirib.

Danimarkanın layihənin öz torpaqlarından keçməsi üçün icazə verməyəcəyi təqdirdə belə inşaatın davam edəcəyini bildirən Zubkov deyib: “Əgər Danimarkadan icazə almasaq, neytral suların altından boru çəkməyə davam edəcəyik. Yaxın 4-5 həftə ərzində işlərimiz tamamlana bilər, lakin dekabr ayının sonuna qədər vaxtımız var, buna görə də tələsmirik”.

Ümumi dəyəri 10 milyard avro civarında olması gözlənilərn “Şimal Axını-2” layihəsinin vasitəsi ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizinin üzərindən keçərək Almaniyaya nəql edilməsi planlaşdırılır.

ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələr bu layihənin inşasına qarşı çıxırlar.

Hurriyyet.org