ŞİMALİ KİPR: “Zəmanət məsələsində Türkiyə bizim üçün sənəddir”

  • 2019-03-07 17:53:02
  • |
  • Dünya /

ŞİMALİ KİPR: “Zəmanət məsələsində Türkiyə bizim üçün sənəddir”

Hurriyyet.org xəbər verir ki, Şimali Kipr Türk Cuhuriyyətinin parlament sədrinin müqavini Zorlu Töre Türkiyənin adadakı zəmanətçiliyinin özləri üçün bir sənəd olduğunu bildirərək deyib: “Biz təminat və zəmanət məsələlərində İngiltərəyə və Yunanıstana güvənmirik”.

Töre yazılı açıqlamasında Cənubi Kipr Yunan hakimiyyətinin lideri Nikos Anastasiadis ilə görüşən İngiltərə baş naziri Tereza Meyin “tərəflər istəməsələr, zəmanətçilikdən imtina eləməyə hazır olduqları” sözlərinə münasibətini bildirib.

Kipr məsələsinin həllində zəmanətçilərə lazım olmayacağını söyləyən Tereza Meyin kiprli türklərin məruz qaldıqları soyqırımı anlamadığını müəyyən şəkildə etiraf elədiyini vurğulayan Töre Kipr adasında ingilis xalqının olmadığını, buna görə dəə İngiltərənin zəmanətçilikdən vaz keçə biləcəyini və hərbi bazalarını da ləğv edə biləcəklərini söyləyib.

Həm Yunanıstanın, həm də İngiltərənin bu yanaşmalarının Kipr türk xalqının və Türkiyənin qarşısını ala bilməyəcəyini bildirən Töre deyib: “Zəmanətçilikdə Türkiyə bizim üçün sənəddir. Biz zatən zəmanətçilik məsələlərində İngiltərə və Yunanıstana güvənmirik. Güvənməməyimizin səbəbinin tarixi kökləri var. İngiltərə öz müstəmləkəçiliyi dövründə də tərəf tutub, heç bir dövrdə yunan aqressivliyinin qarşısını almayıb. Adada Dikelya və Ağrotur bazaları silah anbarına çevrilib. İngilislərin hərbi bazalarının da Adadan çıxarılması lazım gəldiyi halda, Aralıq dənizinin şərqi imperialist dövlətlərin hərbi toplanış məntəqəsinə çevrilib. Fransızların, amerikalıların Kiprdə hava və dəniz bazası fəaliyyətləri əsla qəbuledilməzdir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA