Şimali Qafqazda nə baş verir? – “Kreml yerli klanları zəiflədir”

  • |

Şimali Qafqazda nə baş verir? – “Kreml yerli klanları zəiflədir”

Son zamanlar Şimali Qafqazda maraqlı hadisələr baş verir və bunlar yaxın gələcəkdə bölgədə mərkəzdənqaçma proseslərinin güclənəcəyinin siqnalı ola bilər.

“Hürriyyət” qəzeti xəbər verir ki, bu iddianı politoloq Eldəniz Cəfərov öz facebook statusunda paylaşıb.

Şimal qonşumuzun tarixi Azərbaycan ərazilərində baş verən hadisələr, sözsüz ki, bizim cəmiyyətimizin də diqqətt mərkəzində olmalıdır. Bu baxımdan önəmli məlumat hesab etdiyimiz statusu oxucuların diqqətinə çatdırırıq:

“Şimali Qafqazda maraqlı hadisələr baş verir.

Moskvada iclas zalındaca Karaçay Çerkeziyadan olan senator Rauf Araşukov həbs olundu. Bir neçə gündür, Rusiya KİV-i bu hadisəni şərh edir. Rəsmi ittihamda Araşukovun adı korrupsiyada və qətl sifarişində hallansa da, bəziləri əsl səbəbi onun patriarxa sataşması, bəziləri isə Kremldaxili qruplaşmaların mübarizəsinin nəticəsi kimi göstərirlər.

Araşukovun atası və klanın digər önəmli fiqurları da həbs edilib. Hadisəni Seçin-Medvedyev qarşıdurmasının nəticəsi kimi göstərənlər də var. İş orasındadır ki, Araşukob Dvorkoviçin kadrı idi, Dvorkoviçin isə Medvedev qruplaşmasına daxil oldugu bilinir.

Ümumiyyətlə, son zamanlar Çeçenistan İnquşetiya arasında torpaq problemi, Dagıstana qarşı Çeçenistanın torpaq iddiaları (gizli də olsa) və bu gərginliyin fonunda məlum hadisənin baş verməsi Qafqazda ciddi proseslərin baş verəcəyinin siqnalı ola bilər. Kremlin getdikcə Çeçenistan başda olmaqla Şimali Qafqazda nəzarəti zəifləyib. Kadırov timsalında digər bölglərin klanları da Kremldən daha çox qopartmaq xəttini götürüblər. Ona görə Kreml bölgədə toparlanma siyasəti öncəsi yerli klanları zəiflətmək və subyektlər arasında çatışma siyasətində maraqlı tərəf kimi görünür.

Bu konteksdə, həm Çeçenistan İnquşetiya arasındakı məlum hadisələrdə, həm Dagıstandakı prosseslərdə, həm də Araşukov hadisəsində üzdə görünməsə də gölgədə qalan çox maraqlı bir fiqur var ki, bu əməliyyatların kontrol altında yeridilməsində kilid fiqur sayıla bilər. Bu iyun ayından prezidentin Şimali Qafqaz üzrə nümayəndəsi təyin olunmuş General Aleksandr Matovnikovdur. 1965 dogumlu bu FSB kadrı, hər iki çeçen müharibəsində, o cümlədən Budenovsk, Beslan və Dubrovka əməliyyatlarında iştirak edib. Atası 80 ci illərdə KGB nin 7-ci Şöbəsinin, xarici diplomatların izlənməsi şöbəsinin rəis müavini olub. Oglunu da o bu sistemə salıb. Ailəlikcə KGB-dən gəlmədirlər. Özü Əhməd Kadırovun mühafizəsinin rəisi işləyib. Son günlərinə qədər Əhməd Kadırovun yanında olub. Bu adamı yadda saxlamaq lazımdır. Məncə yaxın vaxtlarda bu adamın səsi lap yuxarılardan gələcək. hətta deyərdim ki, post Putin dönəmi üçün yetişdirilən ciddi kadrdır. Rusiyada KGB mərkəzli güc qanadının ən parlaq fiqurudur”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA