İmamoğlunun imzaladığı dəftər götürüldü - Anıtqəbir qalmaqalı davam edir

  • 2019-04-06 10:33:03
  • |
  • Region /

İmamoğlunun imzaladığı dəftər götürüldü - Anıtqəbir qalmaqalı davam edir

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə CHP-dən namizəd olan Əkrəm İmamoğlunun Anıtqəbir ziyarəti zamanı xatirə dəftərinə "sədr" kimi qeyd yazması ətrafında qalmaqal davam edir.

Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ziyarətdə protokol qaydalarının pozulduğunu və bu səbəbdən həmin dəftərin Milli Müdafiə Nazirliyi tərəfindən götürüldüyünü bildirib.

"Anıtqəbirin protokol qaydalarından xəbəri yoxdur. Dəftərə necə yazacağını da bilmir. Bu səbəbdən həmin dəftər oradan götürüldü".

İmamoğlu isə bu açıqlamaya cavab verərək yenə Anıtqəbirə gedəcəyini və sədr ünvanı ilə yazacağını bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA