“Çimərliyə gedən uşaqlar az xəstələnirlər" - Baş pediatr

“Çimərliyə gedən uşaqlar az xəstələnirlər" - Baş pediatr

Yeni doğulmuş uşaqların sağlamlığı üçün gün işığı müstəsna əhəmiyyət kəsb edir. Amma müəyyən qaydalara riayət etmək lazımdır.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında K.Y.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya Institunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev çimərlik mövsümünün başlanması ilə bağlı danışarkən deyib.

Baş pediatr bildirib ki, ilk növbədə uşaqları istidən, gündən və soyuqdəymədən qorumaq lazımdır: "Bundan əlavə, çimərliyə gedərkən vaxta və rejimə diqqət etmək vacibdir. İcazə verilən çimərliklərə getmək olar. Əgər hər hansı ərazidəki çimərlikdən istifadə qadağandırsa, o yerlər uşaqlar üçün dəhşətli şəkildə təhlükəlidir. Söhbət təkcə çimərliyin ətrafındakı zir-zibildən getmir, o ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsi də yüksək olur. Belə hallarda uşaqlar arasında xəstəliklər yayıla bilər".

N.Quliyev əlavə edib ki, uşaqları dənizə səhər saat 06:00-dan 11:00-a qədər və 16:00-dan sonra aparmaq lazımdır: "Uşaqlar mütləq valideynlərin nəzarəti altında çimməlidirlər. Onu da nəzərə çatdırım ki, çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA