Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

  • 2019-06-17 10:09:17
  • |
  • Sosial /

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu gün Azərbaycanda 38 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Hurriyyet.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu Bakıda 32-34° isti təşkil edəcək.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aranda 33-38° isti, dağlarda 20-25° isti təşkil edəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA