İmmunitet üçün İsrail dietası – Menyu, reseptlər

İmmunitet üçün İsrail dietası – Menyu, reseptlər

Bu pəhriz İsraildə yaradılmış, bu ölkənin dietoloq və həkimlərinin tövsiyyələri nəzərə alınmış, artıq çəki və zəif immunitetə qarşı effektivdir. Səhhətində problem olanlar, tez-tez xəstələnənlər bu qidalanma metoduna əməl etsələr immunitetləri möhkəmlənər.

Adı dillər əzbəri olan İsrail pəhrizinin detallarını təqdim edirik:

Burda əsas ərzaqların düzgün uzlaşdırılmasıdır. Buna əməl etdikdə maddələr mübadiləsi, həzm asanlaşır.

 

Qaydalar:

 

-Süd və meyvələr ayrılıqda, ayrı vaxtlarda yeyilməlidir.

-Yumurta, balıq, ət, pendir yanında mütləq tərəvəz və göyərti ilə qəbul edilməlidir.

-Ət yanında kartof, xama, turşaşirin içkilər və meyvə şirələri olmaz

-Meyvə şirəsi yeməkdən ayrı vaxtda içilməlidir. Səhər yeməyində meyvə şirəsi olmaz

-Gündə azı 2 litr qazsız mineral su içmək

 

-Pəhriz zamanı hər gün eyni vaxtda yemək lazımdır.

-Qidalanma səhər 9-dan 17:00-a kimi olmalıdır.

-Qalan saatlarda kefir, qatıq, yoqurt, meyvə qəbul edilə bilər

-Yeməklər, xörəklər suda və ya sobada bişirilməlidir. QIzartmaq olmaz

-Süd məhsulları aşağı yağlılıqda seçilməlidir

-Ağ çörək olmaz: tam taxıldan olmalıdır

-Tərəvəzlər çiy halda, salatlarda yeyilməlidir

-Səhər tezdən mütləq bir çay qaşığı zeytun yağı icilir.

 

 

Gündəlik menyu nümunəsi:

 

-Səhər oyanan kimi yağ içilir

-15 dəqiqə sonra yoqurt yeyilir

-Səhər yeməyi: bişmiş yumurta, xiyar, qarabaşaq göyərti ilə, kəsmik, çay

-Qəlyanaltı: 300 qr meyvə

-Günorta yeməyi: Borş, balıq, salat, vineqret, kompot

-Saat 3-4-də: meyvə salatı və ya smuzi

-Axşam: çiy tərəvəz salatı, kəsmik, qoz, fındıq, balıq, suda bişmiş ət və s

-Saat 19:00-dan sonra: Göyərti qatılmış qatıq və ya kefir, meyvə salatı, smuzi

 

Pəhrizə 10 gün riayət etmək lazımdır.

 

 

Reseptlər:

 

Tərəvəz salatı:

 

İspanaq, qırmızı soğan, 5 ədəd pomidor, doğranılır. Bura bitki yağı ilə limon suyu əlavə olunur.

 

Axşama meyvə salatı

 

Kivi, şaftalı, ərik, armud kubik formasında doğranılır. Bura portağaı suyu sıxılıb qarışdırılır

 

Smuzi necə hazırlanır:

 

Blenderdə 2 ədəd kök, 2 banan, 2 alma, nanə və çox azca zəncəfil birlikdə keçirilir. \\Medicina.az

 

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA