Çin mediası F-35-ə alternativ olaraq J-31-i TƏKLİF ETDİ

  • 2019-06-13 16:43:22
  • |
  • Dünya /

Çin mediası F-35-ə alternativ olaraq J-31-i TƏKLİF ETDİ

Hurriyyet.org xəbər verir ki, Çin mediası F-35 təyyarələrinin satılmayacağı təqdirdə Türkiyənin Rusiyadan Su-57 və Çindən J-31 təyyarələrini almaq niyyətində olduğunu yazıb. Məsələ ilə bağlı açıqlama verən çinli mütəxəssis Şu Guangyu, Türkiyə kimi potensialı olan alıcıların çox sayda gizli hərbi təyyarəyə ehtiyacları olduqlarını bildirib. “Global Times” nəşrində dərc olunan xəbərdə yazılıb: “Mütəxəssislər J-31-in F-35 ilə bənzər qabiliyyətlərə sahib olduğunu və bu variantın uyğun bir seçim olacağını bildirirlər”. Çinin Silahlanma və Tərk-silah Edilmə Təşkilatının baş müşaviri Şu Guangyu nəşrə müsahibəsində söyləyib: “J-31-in diqqəti cəlb eləməsi çox yaxşıdır. Çin silahlarını ixrac eləmək üçün bu cür fürsətlərdə səy göstərmək lazımdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA