“ÇİN SURİYA BÖHRANINDA BUNDAN SONRA DAHA BÖYÜK ROL ALACAQ” - Rəsmi Pekin ABŞ və Rusiyaya meydan oxudu

“ÇİN SURİYA BÖHRANINDA BUNDAN SONRA DAHA BÖYÜK ROL ALACAQ” - Rəsmi Pekin ABŞ və Rusiyaya meydan oxudu

Rəsmi Pekin Suriya böhranı ilə bağlı bəyanat verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Şamdakı səfiri Qi Qianjin bundan sonra ölkəsinin Suriya böhranında böyük rol oynayacağını açıqlayıb.

Çinli diplomat bildirib ki, Suriyanın inkişafı və yenidən qurulması üçün hərəkət keçmə zamanının gəldiyini bildirib: "Çin bu prosesdə Suriya xalqı və hökumətinə daha artıq yardım edəcək, bölgədə bundan sonra daha böyük rol alacaq".

Diplomat onu da deyib ki, artıq 30 Çinli iş adamı Şama gəlib: "Onlar bu ölkəyə yeni sərmayə qoymaq üçün sahələri araşdırır. Pekin onların təhlükəsizliyi və təminatı üçün də nə lazımdırsa, edəcək.

Loading...

QALEREYA