ÇİN VƏ RUSİYANI QORUYAN İRAN SƏDDİ: "böhran qövsü" müsəlman respublikaları vasitəsilə Moskva və Pekini təhdid edə bilər

ÇİN VƏ RUSİYANI QORUYAN İRAN SƏDDİ: "böhran qövsü" müsəlman respublikaları vasitəsilə Moskva və Pekini təhdid edə bilər

Şəhab əl-Məkahlə

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

2017-ci il dekabrın 18-də açıqlanan ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası beynəlxalq əlaqələrdə mühüm mərhələlərin tamamlanmasını əks etdirir.

Aralıq dənizinin şərq və cənub rayonlarında rus hərbi müdaxiləsindən sonra bir çoxları Rusiyanın Yaxın Şərqdə yeganə hərbi və siyasi güc və vasitəçi kimi qəbul etməyə başladıqda, ABŞ Konqresində və Pentaqonda həyəcan zəngi çalındı.

Rusiyanın dirçəlişi

2014-cü ildə Rusiya Krımı özünə birləşdirdikdə və 2015-ci ildə Suriya müharibəsinin gedişinə müdaxilə etməyi qərara aldıqda, milli maraqlarını müdafiə etmək üçün Kremlin öz sərhədlərindən kənarına çıxdığı aydın oldu. Buna baxmayaraq, yeni beynəlxalq nizam hələ də tam formalaşmayıb, bu da Suriya münaqişəsi həll olunana qədər mövcud qaydanın dəyişikliyini nəzərdə tutmur.

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Birləşmiş Ştatlarla yarışan qüvvələrin mövcudluğu, yəni Çin və Rusiya qeyd olunur. Obama administrasiyası dövründə Moskva və Pekin çiçəkləndi, çünki ABŞ-ın sabiq prezidenti hər iki ölkə ilə birbaşa qarşıdurmadan yayınaraq, yalnız iqtisadi tədbirlər vasitəsilə mübarizə aparırdı.

Başqa sözlə, Amerikanın siyasətinə müqavimət göstərə bilməsinlər deyə, Obama sadəcə, Çin və Rusiyanın yetərincə güclü olmasına maneə törətməyə çalışırdı.

Son illərdə Moskvanın hərbi fəaliyyəti ilə yanaşı, xarici münasibətlərdə ittifaqları və onun tərəfdaşları ilə kollektiv təhlükəsizlik nəzəriyyəsi qəbul edib ABŞ təsirini zəiflətdiyi və Avrasiya məkanına çıxması ilə ağırlıq mərkəzi yerini dəyişib.

Rusiya təsirinin genişlənən sahələri, bir zamanlar Türkiyə və Hindistan kimi beynəlxalq sahədə ABŞ-ın mühüm dayaqları və başlıca müttəfiqləri olan ölkələrdən ibarətdir. Strateji silahların satışı vasitəsilə Kremlin təsiri artıb.

Əslində, strateqlər belə əməliyyatların birdən çox təsiri olduğuna inanırlar.

Birincisi, Rusiya (hərbi vasitəsi ilə) və Çin (iqtisadi qüdrəti ilə) ABŞ dünya liderliyinə yerinə beynəlxalq rol oynamağa qərar verib. İkincisi, hər iki ölkə, İran, Suriya və Şimali Koreya olmaqla, bir çox teatrda ABŞ-ın siyasətinə qarşı çıxmaq üçün qərarlı görünür.

ABŞ Müdafiə Nazirliyi bu yaxınlarda bir hesabat dərc edib. Həmin hesabata əsasən, Konqres Pentaqona 2018-ci ilə dair hərbi plan hazırlamağı tapşırıb. Bu planda ABŞ-a cavab imkanı vermədən Rusiya və Çinə nüvə zərbəsi imkan əksini tapmalıdır.

2018-in münaqişə ssenariləri

Hərbisizləşdirilən zonalara dair razılaşmanın bitməsi və açıq müharibəyə keçid, daha sonra İranda etiraz dalğası, eləcə də Sankt-Peterburqda (2017) terror aktı ilə Suriyada hərbi vəziyyət gərginləşə bilər.

Rusiyada baş verən iki böyük hadisəni nəzərə alsaq durum daha da çətinləşə bilər: birincisi, mart ayında keçiriləcək prezident seçkiləri, ikincisi isə futbol üzrə Dünya Çempionatı.

Bu hadisələr Suriyada və İrandakı hadisələrə, hətta Əfqanıstan və Orta Asiya ilə olan sərhədlərdəki proseslərə Rusiyanın təpkisinə təsir göstərə bilər.

Beləliklə, Tramp bu kartları Moskvaya daha çox təzyiq göstərmək üçün istifadə edəcək.

ABŞ-ın bir sıra hədəflərə nail olmaq üçün İranda baş verən hadisələrə daha çox cəlb olunacağı gözlənilir. Çünki Rusiya və Çinin beynəlxalq sistemi çoxqütblü nizama çevirməyə çalışır, Çin və İranın enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir və bu, xüsusən Əfqanıstanda ABŞ strategiyasını təhdid edir.

İranın Yaxın Şərqdəki təsiri Şərqi Aralıq dənizində Rusiyanın hərbi iştirakı üçün strateji dərinlik yaradıb. İran, İraq və Suriyanın təhlükəsizliyi, Yaxın Şərqə yaxın olması səbəbi ilə, Xəzər regionunda Rusiya üçün etibarlı sığınacağı təmin edir.

Beləliklə, Şimali Koreya, Rusiya və Çinini ehtiva edən strateji düşmənləri arasında Vaşinqton İranı ən zəif bənd sayır.

ABŞ qonşu Rusiyaya nəhəng təsir üçün İranın sabitliyini pozmaqla, prosesə başlaya bilər. Əgər Vaşinqton İranı qeyri-sabitləşdirmək cəhdində uğursuz olsa, Rusiya və Çinlə qarşıdurma üçün başqa yollar axtaracaq.

Bu, Moskva ilə Tehran arasındakı maraqların ümumiliyini izah edir. Çünki İranda xaos yaşanarsa, “böhran qövsü” müsəlmanlar yaşayan respublikaları vasitəsilə Rusiyanı, eləcə də Çini təhdid edəcək.

Tərcümə: Strateq.az

Loading...

QALEREYA